Qəlb — bütün orqanların mərkəzi icraçı nöqtəsidir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurur:

«Həqiqətən bədəndə bir ət parçası vardır ki, həmin ət parçası sağlam olsa bütün bədən sağlam olar, yox əgər xarab olsa, bütün bədən xarab olar, həqiqətən bu qəlbdir..» (Buxari 52 və Muslim1599)

Bu səbəblə də qəlb, insan bədənində ən çox qorunmalı və ən çox islah edilməli hissədir. Yaxşı, bəs sənin qəlbində vəziyyət necədir? Qəlbində iman’ı hakim tuta bilirsənmi?..

…Kafirlərin padşahı, öz ordusuyla birlikdə qəlbə doğru yönəldi… Gördü ki, qəlb — qalasının içərisində, məmləkətinin taxtına oturmuş vəziyyətdədir.. Qəlb öz adamlarına nə deyirdisə, (onu) dərhal icra edirdilər.. Әsgərləri, ətrafında onun üçün döyüşür, yanına kimsənin girə bilməməsi üçün mübarizə edirdilər..

Padşah, qəlbin bəzi məmurlarını və digər adamlarını aldadaraq ələ keçirmədikcə, hücum etməsinin qeyri-mümkün olduğunu başa düşdü.. Qəlbin ən etibarlı əsgərinin və ən yaxın adamının kim olduğun soruşdu..

‘O — NӘFS`dir’ — dedilər..

Padşah öz adamlarına bu əmri verdi:

 – Ona (qəlbə) İSTӘK və ARZU qapısından yanaşın.. Nələri çox sevdiyini, nələrdən ləzzət aldığını öyrənin.. Sonra, onları ona bir-bir ona (qəlbə) xatırladın.. (ki,) onlara (qarşı) iştahı artsın, YUXUSUNDA və OYAQ OLDUĞU HALDA bunlarla məst olaraq, özünü itirsin.. Onlarla rahatlaşıb, təskinlik tapdıqca və özünü itirdikcə, üzərinə ŞӘHVӘT TOR`unu və qarmaqlarını atıb, özünüzə tərəf çəkin..

Әgər vəziyyət qəlb`in əleyhinə dönərsə və sizə təslim olarsa, o zaman göz, qulaq, dil, ağız, əl və ayaq kimi bədən üzvlərini ələ keçirmiş olarsınız.. Bu bədən üzvlərini/orqanlarını tam diqqətlә müşahidə edin… Qəlb`ə o orqanlardan daxil olsanız, onu ya ÖLÜ, ya ӘSİR ya da, AĞIR BİR ŞӘKİLDӘ YARALANMIŞ olaraq ələ keçirə bilərsiniz..

Ey insanlar! Bu orqanları boş buraxmayın! Heç bir qüvvənin qəlbə girib, sizi oradan çıxarmasına icazə verməyin.. O qüvvələri ələ keçirsəniz, qəlbə çata bilməmələri üçün onları çox yaxşı bir şəkildə zəiflətməyə, gücsüz bir hala salmağa çalışın.. Qəlb`ə çatsa belə, zəifləmiş və (özünə) fayda verməyəcək bir halda çatsın.. Qәlbinizi var gücünüzlә qoruyun, dünya şәhvәtlәrin oradan iman әsgәrlәrini çıxarmasına izn vermәyin!

Şəhr İbn Həuşəb deyir ki: «Ummu Sələmədən (Allah ondan razı olsun) soruşdum:

– Ey möminlərin anası! Allah Elçisi (Allahın ona salavat və salamı olsun) sənin yanında olduqda ən çox hansı duanı edərdi? O dedi:

– Onun ən çox etdiyi dua: «Yəə Muqallibəl-Quluub, Səbbit Qalbi alə Diinik» (Ey qəlbləri çevirən! Qəlbimi dininin üzərində sabit et!). Mən ondan:

– Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən? — deyə soruşdum.

O buyurdu: «Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmasın.. O, istədiyini düz saxlayır, istədiyini də döndərir..» Sonra o, bu ayəni oxudu: «Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!..» (Ali-İmran 8)» (Tirmizi 2140, İbn Hibban 943, əl-Albani səhih demişdir).

Bu yazıda dahi alim İbn əl-Qayyim’in «əd-Də va’d-Dəva» adlı kitabından geniş şəkildə istifadə olunmuşdur.

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı