featured-image-3121

Rəvayət edilir ki, Muhəmməd ibnun-Nadr əl-Hərisi demişdir: «Mənə çatıb ki: «Uca Allah Musaya: «Ya Musa ibn İmran, ayıq ol! Özünə dostlar tut. Mənim məhəbbətim üzrə dostluq etməyənlə yoldaşlıq etmə, çünki o sənin düşmənindir və qəlbini sərtləşdirər. Şükür etməyin və nemətlərin artması üçün Məni çox xatırla!»(ZİKR EYLƏ) – deyə vəhy etdi».

(Əhməd «əz-Zühd» səh. 108; Əbu Nueym «əl-Hilyə» 8/ 222; İbn Əbid-Dunyə «əş-Şukur» 164. Əbu Usamə Səlim ibn İd əl-Hilali səhih demişdir.)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mənim dərgahımda mömin qulum daima xeyir içindədir. Mən onun canını alarkən də o Mənə həmd edir».

(Əhməd 8136, 8473, 8492, 8716; əl-Bəzzar «Kəşf əl-Əstar» 781; İbn Əbid-Dunyə «əş-Şukur» 84. Şueyb əl-Arnavut isnadını qüvvətli, Əbu Usamə Səlim ibn İd əl-Hilali isə sənədlərini həsən və səhih adlandırmışdır. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 1910, 4318) səhih adlandırmışdır.)

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı