Narahatlıq, depressiya, qəm, kədər, üzüntü və çıxılmaz hallarda edilən dua
Peyğəmbərimiz Hz. Muhəmməd ﷺ kədər və üzüntü içində olan səhabənin bu cür halda oturub qalmasına izn verməmişdir. Ona aşağıdakı duanı öyrətmiş, habelə, kədər və sıxıntı içində olan hər bir kəsi bu duanı mütləq deməsini qəti şəkildə əmr etmişdir:
(1)- ( اللَّهُمَّ إِنِّي عَبْدُكَ، ابْنُ عَبْدِكَ، ابْنُ أَمَتِكَ، نَاصِيَتيِ بِيَدِكَ، مَاضٍ فِيَّ حُكْمُكَ، عَدْلٌ فِيَّ قَضَاؤُكَ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ، سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ أَنْزَلْتَهُ فيِ كِتَابِكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ فيِ عِلْمِ الْغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبيِ، وَنُورَ صَدْرِي، وَجَلاَءَ حُزْنِي، وَذَهَابَ هَمِّي )
Transkr: “Allahummə inni abdukə, ibnu abdikə, ibnu əmətikə, nəsıyəti biyədikə, madın fiyyə hukmukə, adlun fiyyə qadaukə, əsəlukə bikulli ismin huva ləkə, səmmeytə bihi nəfsəkə, əu ənzəltəhu fi kitəbikə, əu alləmtəhu əhədən min xalqikə, əu istə’sərtə bihi fi ilmi-l-ğaybi indəkə, ən təcalə-l-quranə rabia qalbi, va nura sadri, va cələə-ə huzni va zəhəəbə həmmi.”
Tərcümə: Allahım! Mən Sənin qulunam, Sənin (kişi) qulunun oğluyam/övladıyam, Sənin (qadın) qulunun oğluyam! İxtiyarım Sənin əlindədir. Mənim barəmdə verdiyin hökm keçərlidir, bəxş etdiyin tale/qədər ədalətlidir. Sənə özün verdiyin, yaxud öz Kitabında nazil etdiyin, məxluqlarından birinə öyrətdiyin, yaxud öz yanında – qeyb elmində saxlayıb malik olduğun bütün adlarla yalvarıram ki, Quranı qəlbimin baharı, köksümün nuru, qəmimdən və narahatlığımdan xilas olmağa səbəb et!
(2)- (اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ، وَالْعَجْزِ وَالْكَسَلِ، وَالْبُخْلِ وَالْجُبْنِ، وَضَلَعِ الدَّيْنِ وَغَلَبَةِ الرِّجَالِ )
Transkr: “Allahummə inni əuzu bikə minə-l-həmmi va-l-həzəni, va-l-kəsəli, va-l-buxli va-l-cubni, va daləi-d-deyni va ğaləbəti-r-ricəl”
Tərcümə: Allahım! Narahalıqdan, kədərdən, acizlikdən, tənbəllikdən, xəsislikdən, qorxaqlıqdan (cəsarətsizlikdən), borc yükü altında qalmaqdan və insanların dilindən (boşboğazlığından) Sənə sığınıram!
(1) Buxari, 7/158. Allahın elçisiﷺ bu duanı çox oxuyardı.
(2) Buxari, 7/154; Muslim, 4/2092.
www.islamevi.az