featured-image-3437

Ailədə iki qardaş idik. Qardaşım məndən tamam fərqlənirdi. O qəddar və zalım birisi kimi ad qazanmışdır. Hər bir kəsə pislik edər, acılayar və günlərini günahlar içində israf edərdi. Qohumlar, qonşular və bizi tanıyan hər kəs onun necə pis insan olduğunu bilirdi. Hətta o dərəcəyə çatdı ki, hamı ona nifrət etməyə başladı. Hətta valideynlərimdə…
Və bir gün atam onun etdikləri müqabilində qardaşıma bəd-dua etdi və Allahdan onun üçün ölüm dilədi…

Beləcə aylar keçdi. Biz evimizi satıb başqa bir yerə köçdük. Burada da qardaşım qonşulara zülm etməyə başlamışdı. Lakin qonşularımızdan biri məscid imamı idi. Və daim qardaşımla qarşılaşdıqda üzünə gülümsəyər və deyərdi:
– “Əssələmu aleykum va rahmətullahi və bərakətuh!”
Qardaşım öz-özünə düşünər və bizə deyərdi: “Mən bu kəslə nə qədər pis rəftar etsəm də o hər gün üzümə gülümsəyib salam verir.”
Bu bir müddət təkrarlandı. Sonda əlhəmdulilləh, qonşunun bu həlim münasibəti qardaşımın hidayətə gəlməsinə səbəb oldu. O dəyişilməyə başladı. Allahu təalə onun qəlbinə iman nurunu daxil etmişdi. Qardaşım namaz qılmağa başladı və gündəlik məscidə gedirdi. Hətta o dərəcəyə çatdı ki, günlərini məsciddə keçirər və qardaşlara Quran öyrədərdi.

Allahu təalənin qardaşıma verdiyi bu hidayət hər kəsi sevindirirdi. O həqiqətən, mömin bir bəndə olmuşdu. Lakin qardaşım atamın illər öncə onun üçün etdiyi bəd-duadan yan keçə bilmədi. Bir gün evdən çıxıb yolu keçərkən maşın onu vurdu və o yerindəcə keçindi.

Allah ona rəhmət etsin. Həqiqətən, Rəbbim qardaşıma gözəl bir sonluq nəsib etdi və mömin kimi ruhunu aldı. Allahım, bizə də gözəl sonluq nəsib eylə…

Bənzər Məqalələr