Rəvayətə görə, Peyğəmbərimiz Hz. Muhəmməd ﷺ Qureyş başçılarına İslamı təbliğ edərkən, Abdullah b. Ummu Məktum adında gözləri görməyən bir səhabə onun yanına gəlib: “Ey Allahın elçisi! Allahın sənə öyrətdiklərindən mənə də öyrət!” – deyir. Ancaq Hz. Peyğəmbər ﷺ ona cavab vermir. Çünki Qureyşin başçıları Peyğəmbərin ﷺ özləri ilə xüsusi olaraq maraqlanmasını istəyirdilər. Abdullah b. Ummu Məktum təkrar səsləndikdən sonra Peyğəmbər ﷺ ona yönələrək qaşqabağını tökmüş və üzünü turşutmuşdu. Bu hadisəyə görə Uca Allah Abəsə (Əbəsə) surəsinin ayələrini endirmiş, Öz elçisi və ən çox sevdiyi bəndəsi olan Hz. Muhəmmədin ﷺ bu hərəkətini pisləmiş, həmişə etdiyi kimi (“Ey Elçim!”) deyil, çox soyuq olaraq “o” deyə müraciət etmişdi. Halbuki, Peyğəmbərimizin ﷺ burada niyyəti əsla pis deyildi. O, söhbət apararkən sadəcə kənardan müdaxilə edilərək söhbətin dağılmamasına çalışırdı. Amma Uca Allah bunu bəyənmədi və Onu azarladı. Çox təsirlidir. Əgər Qurani-Kərim Allah tərəfindən nazil edilməmiş və Hz. Muhəmməd ﷺ tərəfindən yazdırılmış olsaydı, bu ifadələr mütləq oradan çıxarılardı. Yalançı bir peyğəmbər bu ifadələri kitaba əsla salmaz, öz reputasiyasını “qorumağı” düşünərdi. Biz bu ayələri oxuyarkən, əziz Peyğəmbərimizin ﷺ də bir insan olduğunu, heç bir insanı ilahlaşdırmağın icazəli olmadığını və nəhayət, Qurani-Kərimin Allah tərəfindən nazil edilib qorunduğunu açıq-aşkar şəkildə görürük.
İnsan unudan və zamanla uyğunlaşıb adaptasiya olan bir varlıqdır… Bu gün qəlbini ağrıdan, çiyinlərinə ağır yük kimi çökən nə varsa, bil ki, bir gün keçmişdən sadəcə bir xatirəyə çevriləcək. İnsan […]
Bir insanı tanımaq üçün təkcə onun bizə necə gülümsədiyinə, deyib-gülməyinə, əyləncəli adam olmasına deyil, başqalarına necə qaş çatdığına, düşmənlik etdiyi zaman etdiyi hərəkətlərə, davranışlarına və etdiyi zarafatlardakı həddə diqqət etmək […]