Bu gün Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən “Heydər məscidi”ndə aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.

“A24.az” saytı “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin başa çatdığını, hazırda son tamamlama işlərinin həyata keçirildiyini bildirib. Dövlət başçısının tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə tikilib. Artıq məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4 minarənin inşası başa çatdırılıb.

Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, görülən işlərin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla yerinə yetirilib. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.

Məsciddə dörd min insan eyni vaxtda ibadət edə biləcək.

Prezident İlham Əliyev məsciddə son tamamlama işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, sözügedən məscid Qafqazın ən böyük məscididir.

Məscidin fotolarını təqdim edirik:

 

720p film izle
film indir

Bənzər Məqalələr