2016-cı il Aprelin 2-nə keçən gecə Azərbaycan ordusu erməni təxribatının qarşısını almış və bunun nəticəsində 12 nəfər azərbaycanlı vətən uğrunda şəhid olmuşdular. Düşmən tərəfindən isə 100-lərlə itki olmuşdur. Allaha şükürlər olsun ki, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Allahdan diləyirik ki, bizə Qarabağda daha böyük zəfərlər nəsib etsin. Vətən sağ olsun!

 

“Ey Rəbbimiz..! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et..!” (Bəqərə, 250).

 

www.islamevi.az
#QarabaghisAzerbaijan

Bənzər Məqalələr

  Həcc – möhtəşəm bir ibadətdir və Peyğəmbərimizin buyurduğu kimi ‘Allah tərəfindən qəbul olunmuş həcc’in mükafatı yalnız Cənnətdir’. Müxtəlif simvolik əməlləri özündə cəm edən bu ibadət, böyük bir mənəvi məktəbdir.. […]
Daha ətraflı