Əhkam kəsmək və qınamaq bu dünyadakı ən asan işdir. Lakin, çox yanlış və aşağı dərəcəli bir işdir. Hz. Muhəmməd bu əməlin dünyada pis bir qarşılığı olduğunu Kim qardaşına (etmiş olduğu) bir günahdan dolayı tənə etsə, o (tənə edən), həmin günahı işləmədən ölməz” demiş, hətta cinayətkar və günahkarın cəzalandırılması zamanı sadəcə cəza ilə kifayətlənməyi əmr etmiş, ayıblayıb qınamağı isə qadağan etmişdir.
Boğulmaq üzrə olan birinə “düzgün üzmürsən” deməyin vaxtı deyil. Bəlkə, o, həqiqətən də üzməyi öyrənməli idi. Bəlkə, o suya heç girməməli idi. Bunların hamısını sonra danışmaq olar. Bir insan boğularkən sənin bu məsələdə nə qədər haqlı olduğunu görməyə və qınağa deyil, köməyinə ehtiyac duyur.
Bu, məzluma da aiddi. Məzlum zülmə məruz qaldığı zaman onun xətaları barədə danışmaq, bunu müzakirə etmək və ya zalımın işinə yarayacaq şəkildə susmaq – böyük bir çirkinlikdir.
Gözəl demişlər: “Əgər birisi zülmə uğrayırsa:
َالْوَقْتُ وَقْتُ نُصْرَتِهِ، لَا وَقْتُ إِصْدَارِ الْأَحْكَامِ عَلَيْهِ
ona kömək etməyin vaxtıdır — əhkam kəsməyin vaxtı deyil.”

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı