İyul ayında bir illik oruc savabı – Ağ günlər | ‘İSTİ GÜNLƏR’ FÜRSƏTİ
Bir illik oruc savabı qazanmaq istəyənlər üçün gözəl fürsət! İYUL AYINDA!
Unudulmuş bir sünnə…
• Hicri tarixi ilə hər ayın 13, 14 və 15-i oruc tutmaq müstəhəb əməllərdəndir.
Hal-hazırda hicri təqvimi ilə Məhərrəm ayındayıq. Bu ayın 13, 14 və 15-ci günləri – 8-9 və 10 iyul tarixlərinə təsadüf edir.
Bu mövzudakı bəzi hədislər aşağıdakılardır:
Cərir b. Abdullah’ın rəvayət etdiyinə görə, Peyğəmbərimiz ﷺ belə buyurmuşdur:
“Hər aydan üç gün oruc tutmaq, bir il oruc tutmağa bərabərdir. Ağ günlər (həmin gecələrdə ay parıltılı olduğu üçün belə adlanıb) ayın on üçü, on dördü və on beşinci günləridir.” (Nəsai 2419)

Peyğəmbərimiz ﷺ, məşhur səhabə Əbu Zər’ə belə demişdir: “Əgər ay içərisində oruc tutmaq istəsən, ayın 13, 14 və 15-i tut.” (Tirmizi, 761)
Əbu Hureyrə demişdir:
“Dostum (yəni Peyğəmbərimiz ﷺ) mənə ölənə kimi bu əməlləri tərk etməməyimi tövsiyə etmişdir:
Hər ay üç gün oruc tutmaq;
Duha namazı;
Yatmazdan əvvəl vitr namazı qılmaq.” (Buxari,1874)
