Koronavirus səbəbiylə İspaniyanın hər yerindən azan səsləri yüksəlir.


Son həftələrdə İspaniyanın Madrid, Ceuta kimi müxtəlif şəhərlərindəki müsəlman cəmiyyətlərinin çağırışları ilə sosial mediada başladılan kampaniya ilə ölkədəki müsəlmanlar hər cümə günü eyvanlara və ya pəncərələrə çıxaraq  azan oxuyurlar.

 

Bu dəfə azan səsi İslamın İspaniyada son hökmranlıq mərkəzi olan Qranada’dan gəlib. 500 ildən sonra Qranadada azan oxunması diqqətlərdən qaçmayıb.

 

İspaniyadakı müsəlmanların son dövləti olan Qranada əmirliyi 10 illik müharibədən sonra 2 yanvar 1492-ci ildə tənəzzül etmiş (bu haqda ətraflı oxumaq üçün buraya tıkla) və bununla da Avropada İslam hökmranlığı sona çatmışdı. Bu hadisələrlə başlanan zülm, müsəlmanların əsrlər boyunca yaşadıqları torpaqlardan qovulması və ya öldürülmələri ilə davam etdi (MÜSƏLMANLARIN ANDALUSİYADAN (İSPANİYA) QOVULMASI VƏ SURİYA HADİSƏSİ – bu haqda oxumaq üçün buraya tıkla) Qranada əmirliyi  1232-ci ildə qurulmuşdu. (islamevi.az)

 

Həmin videonu təqdim edirik:

Bənzər Məqalələr