Qəbullanmaq vaz keçmək demək deyil
Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki yük yavaş-yavaş yüngülləşməyə başlayır.
İnsan gözləntilərinin ağırlığından uzaqlaşdıqca, sahib olduqlarının dəyərini daha yaxşı görür və gələcək üçün narahat olmaq əvəzinə bu gününü daha huzurlu yaşamağı öyrənir.
Qəbul etmək isə vaz keçmək demək deyil. Qəbul — dəyişdirə bilmədiyin şeylə mübarizə aparmağı dayandırıb, dəyişdirə biləcəyin şeyə yönəlməkdir.
Beləliklə, zehn sakitləşir, qəlb rahatlıq tapır və zaman keçdikcə sağalma prosesi də öz-özünə başlayır.
Həyatdakı ən dərin dəyişikliklər çox vaxt hər şeyi zorla dəyişdirməyə çalışmaqla deyil; axına güvənməklə, səbrlə gözləməklə və olanı olduğu kimi qəbul etməklə baş verir. Uca Allah xeyirli şeylər üçün çalışanları sevdiyi kimi, səbrli və təmkinli olub, hər anında şükür etməyi bacaranları da sevir. Nəinki sevir, onlara bəxş edəcəyi nemətləri artıracağına belə zəmanət verir:
“Şükr etsəniz, (sizə olan nemətimi) artıracağam” (Quran, 14/7)
Ğazzəli belə deyir:
“(Axışa və Qədərə) Təslim olduqda hər şey dəyişir.. Bəzi şeylərin üzərinə çox gedilməyib, zorla var olmasına çalışmadıqda axarına düşər; gözləmədikdə gələr, qəbul etdikdə isə sağalar..”
Ayxan Yaquboğlu




