İslam dininin 8 marta ehtiyacı yoxdur, bilirsizmi nəyə görə? Çünki, qadınların insan yerinə qoyulmadığı dünyada, qadın haqlarını düz 14 əsr bundan öncə İslam artıq möhkəm şəkildə formalaşdırmışdı. Bu haqda araşdırma etmək istəyən hər bir kəs, yüzlərlə Quran ayəsi və Hz. Muhəmməd sözlərilə qarşılaşacaq.

 

Qərb isə, hələ 19-cu əsrdə yəhudi Clara Zetkin’in yürüşü ilə “qadın hüquqları” deyə bir məfhumdan xəbər tutmuşdur.

Qadının dəyəri və haqları, 14 əsr bundan öncə verilmişdir. Bu gün, Qərbin dünyaya – sanki o günə qədər qadın haqları yox imiş – kimi “təqdim” etdiyi bu “bayramlar”, əslində dinimizə qarşı da hörmətsiz yanaşmadır. Necə yəni yox idi? Qadına verilən dəyəri, sən dinini yaxşı bilən #MüsəlmanQadın’dan soruş..

 

P.S. Qadına qarşı ən çox şiddətin olduğu yerlər, bu gün də, qərb ölkələridir. Hər saniyə qadına qarşı nə qədər cinayətin işləndiyinə dair statistikalara özünüz internetdən axtarış verib baxa bilərsiz. Təbii ki, gecə-gündüz “qadın azadlığı”ndan danışan qərb ölkələri ilk sıralardadır. Müsəlman ölkələrində şiddət yoxdur demirik. Əgər bir yerdə bu cür haqsızlıqlar varsa, deməli İslam dini orada ancaq ad olaraq vardır.

Qadın haqları və ya bunu simvolizə edən günlərin əleyhinə deyilik, bir müsəlman olaraq sadəcə olaraq yanlış təbliğatlara qarşıyıq. Yəni, “əşşi, burada nə varee, bayramdır da, qadınları sevindiririk” – deyiləcəksə, öncədən buna da reaksiyamızı göstərmiş olaq :)

 

Uzun sözün qısası, bir günlük riyakar; qadın üzərindən inanılmaz pulların qazanıldığı bu “bayram”, heç bir işə yaramır, çünki mənəviyyat boşluğu olduğu yerdə, heç bir şey işə yaramaz.

 

Allaha həqiqi mənada inanan/iman edən və İslamı tam olaraq özünə həyat düsturu kimi qəbul edən (müsəlman) qadın üçün iki səbəbə görə 8mart kimi “özəl” günlər maraqsızdır:

  1. Kapitalizm və ya sosializmin saxta qadın dəyərlərinə aldanmır. Bilir ki, müasir dünyada qadın, ən güclü istismar edilən varlıqdır və İslam dini tarix boyu buna qarşı çıxmışdır. Həmçinin, Allahın buyuruqları olan İslami dəyərlərə (çadra açma və saxta qadın “azadlığı kimi səbəblərə görə) zidd olan bir əlamətdar günü əsla qəbul etməz, “əşşi burada nə var ki” deməz, bir sözlə, mənəvi dəyərləri ciddiyə alar.
  2. İlk başda qeyd olunmuş kateqoriyadan olan (müsəlman) qadın, özünü bu kimi günlərə möhtac hiss etməz. Çünki, həyat yoldaşı da özü kimi İslam mədəniyyət və əxlaqıyla zəngin (müsəlman) bir kəs olduğu üçün, xanımına qarşı daima diqqət və qayğıyla zəngin bir davranış sərgiləyir. Bir sözlə, həyat yoldaşı (kişi), ona qarşı diqqətsiz davranaraq, “8 martlara” və bu kimi digər feminist aldatmacalara möhtac buraxmamalıdır. Həmçinin, bunun nəticəsində də, başqalarına baxaraq, gözünün yolda qalmasına şərait yaratmamalıdır. Bir sözlə, kişinin üzərinə də böyük məsuliyyət düşür.

 

Bu iki nüans bir arada olmazsa, ədalətli bir yanaşmadan uzaq qalmış olarıq. Lakin, əlbəttə ki, hər kəs öz düşüncə və davranışında müstəqildir, qeyd etdiklərimiz, İslamın mövqeyinə önəm verən şəxslər üçün nəzərdə tutulmuşdur.

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Bənzər Məqalələr

  Həcc – möhtəşəm bir ibadətdir və Peyğəmbərimizin buyurduğu kimi ‘Allah tərəfindən qəbul olunmuş həcc’in mükafatı yalnız Cənnətdir’. Müxtəlif simvolik əməlləri özündə cəm edən bu ibadət, böyük bir mənəvi məktəbdir.. […]
Daha ətraflı