featured-image-3445

• Qul odur ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) dəvətini qəbul edir.
• Qul odur ki, acizliyini, heç kimliyini və Allaha möhtac olduğunu bilir.
• Qul odur ki, Hənzələ (ra) kimi “münafiq oldum!” deyə daim qəlbində narahatlıq hissi yaşadır.
• Qul odur ki, Əbu Bəkr kimi (radiyallahu anhu) ,Rəsulullah (sallallahu aleyhi və səlləm) yatarkən,ona zərər verməsin deyə ilan dəliyini topuğuyla bağlayıb, sonra isə ilan sancmasının verdiyi əziyyətə səbr edir.
• Qul odur ki, Əli ibn Əbu Talib və onun zövcəsi Fatimə bintu Muhəmməd (sallallahu aleyhi və səlləm) kimi özləri ac ikən yeməyi miskinə verir.

• Qul odur ki, əməllərini tək Allah rzası üçün edir.
• Qul odur ki, insanları daim yaxşılığa dəvət edir, münkər işlərdən uzaqlaşdırır.
• Qul odur ki, öz malını və canını Allah yolunda sərf etməyə razıdır.
• Qul odur ki, fitnə zamanı dağlara çəkilib çobanlıq edir.
• Qul odur ki, Ömər ibnul Xattab (ra) kimi Rəsulullah (sallallahu aleyhi və səlləm) haqqında acı kəlmə deyənin başını kəsməyə hazırdır.
• Qul odur ki, Osman ibnul Əffan (ra) kimi mələklər ondan utanır.
• Qul odur ki, müsəlman olduğu üçün diri-diri yandırılır,amma yenə də gülərək “Lə iləhə illəllah, Muhəmmədən rasulullah” deyir.
• Qul odur ki, Əbu Hureyra (ra) kimi bir hədisi danışarkən,hədisin dəhşətindən üç dəfə hüşunu itirir.
• Qul odur ki, Allah adı çəkilərkən qorxudan rəngi qaçır, bədəni titrəyir.
• Qul odur ki, müjdə ayələrini oxuyarkən sevinc göz yaşları axıdır.
• Qul odur ki, Allahın ayələri oxunarkən səssiz dinləyib, ibrət alır.
• Qul odur ki, Allah üçün ömür sürür,əməlləri, sevinci, kədəri, qəzəbi, həyatı və ölümü aləmlərin Rəbbi üçündür.
• Qul odur ki, hər gecə evində Qurani-Kərim sədaları eşidilir.
• Qul odur ki, Allahdan qorxub, Onun rəhmətinə ümid edir.
• Qul odur ki, hər bir gördüyündən ibrət götürür.
• Qul odur ki, ölümünü bir an belə unutmur.
• Qul odur ki, Allahu təaləyə qovuşacağı günü gözləyir.
• Qul odur ki, Allahu təalənin adı çəkildikdə utandığından rəngi qızarır.
• Qul odur ki, nəfsini özünə qul etməyi bacarır.
• Və nəhayət qul odur ki, qul olduğunu dərk edir.
———-
islamevi.az

Bənzər Məqalələr