AXŞAM ZİKRLӘRİ
Rәbbimiz buyurmuşdur:
“Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin”. (əl Bəqərə, 152).
“Ey iman gətirənlər! Allahı çox-çox zikr edin”. (əl Əhzab, 41).
“…Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır”. (əl Əhzab, 35).
✔ Axşam – əsr namazından sonra başlayıb, günəş batana qədər davam edәn müddətdir. Ziklәri bu vaxt әrzindә etmәk daha gözәldir, lakin, bir müsəlman əgər fəcr doğduqdan sonra günəş çıxana qədər və ya əsrdən günəş batana qədər zikrləri etməyi unudarsa, məşğuliyyəti onu zikrlərdən məşğul edərsə onları tərk etməməlidir. Hәtta günəş doğandan sonra da, batandan sonra da onların əcrini Allahdan umaraq zikrlərini edə bilər, çünki ərəb dilində sabah və axşam sözlərinin tərifindən bu vaxtların daha geniş bir məna daşıdıqlarını bilirik və hədislərdəki ləfzlərin qısa və məhdud vaxtlara xas olmasına dair heç bir qəti dəlil yoxdur. Allahdan müsəlmanlar üçün saleh, xeyirli əməllər diləyirik!
AXŞAM ZİKRLӘRİ:
1. «әl-həmdu lilləhi vahdəhu, va-s-salətu va-s-sələmu alə mən lə nəbiyyə badəhu»
(Həmd yalnız Bir olan Allaha məxsusdur, Özündən sonra peyğəmbər olmayacaq Peyğəmbərimizə xeyir dua və salam olsun.)
2. «Әuzu bi-l-lləhi minə-ş-şeytani-r-racim» (Lənətlənmiş şeytandan Allaha sığınıram).
Ayətul-kursi (əl-Bəqərə, 255).
[Allahu lə iləhə illə huvə-l-həyyu-l-qayyum. Lə tə’xuzuhu sinətun valə nəvm. Ləhu mə fi-s-səməvati vamə fi-l-ard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznih. Yə’ləmu mə beynə əydihim vamə xalfəhum. Valə yuhitunə bişeyin min ilmihi illə bimə şəə.. vasi’ə kursiyyuhu-s-səməvati va-l-ard. Valə yəuduhu hifzuhumə va huva’l-aliyyu-l-azim]
«Allah! Ondan başqa [ibadətə layiq olan] tanrı yoxdur, [əbədi] Yaşayandır, Qəyyumdur [kainatı yaradan və onu idarə edəndir, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyandır]. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur. Onun izni olmadan Onun yanında kim havadarlıq edər? O, onların [yaranmışların] önlərində və arxalarında olanı [nə olub, nə olur və nə olacağını] bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Böyükdür!»
– Kim bu ayəni axşam oxuyarsa səhərə qədər seytanlardan qorunar.
3. Üç dəfə İxlas, Fələq və Nas surələri oxunur.
– Kim bu surələri səhər və axşam 3 dəfə oxuyarsa hər şeydən qorunar.
4. «Әmseynə va əmsə-l-mulku lilləhi) va-l-hamdu lilləhi, lə iləhə illə-l-lahvahdəhu lə şərikə ləhu, ləhu-l-mulk, va ləhu-l-həmd, va huva alə kulli şeyin qadir, rabbi əsəlukə xeyrə mə fi həzihi-l-leyləti va xeyra mə badəhə və əuzu bikə min şərri mə fi həzihi-l-leyləti və şərri mə badəhə, rabbi əuzu bikə minə-l-kəsəli va sui-l-kibəri, rabbi əuzu bikə min azəbin fi-n-nər va azəbin fi-l-qabr»
(Axşama çıxdıq, mülk də Allahın olaraq həmd də Allaha məxsusdur, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, təkdir və şəriksizdir, Mülk və Həmd onundur, təkcə O, hər şeyə qadirdir. Rəbbim Səndən bu gecənin və bu gecənin ardınca gələn şərdən Sənə sığınıram. Rəbbim! Tənbəllikdən, təkəbbürlüyün şərindən Sənə sığınıram, Rəbbim Cəhənnəm və qəbir əzabından Sənə sığınıram).
5. «Allahummə bikə əmseynə, va bikə asbahnə, va bikə nəhyə, va bikə nəmutu va ileykə-l-masır»
(Allahım! Sənin sayəndə axşama çıxırıq və sənin sayəndə səhərə çıxırıq. Sənin sayəndə ölürük və Qiyamət günü insanlar Sənin hüzuruna gəlmək üçün diriləcəklər).
6. «Allahummə əntə rabbi lə iləhə illə ənt, xaləqtəni və ənə abdukə, va ənə alə ahdikə va vadikə məstətatu, əuzu bikə min şərri mə sənatu, əbuu ləkə binimətikə aleyyə, va əbuu bizənbi fa-ğfirli fəinnəhu lə yəğfira-z-zunubə illə ənt»
(Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Sənə verdiyim vədi və əhdi bacardıqca yerinə yetirəcəyəm. Sənin yaratdıqlarının şərindən Sənə sığınıram. Mənə verilən neməti Sənə qaytarıram və öz günahlarımı etiraf edirəm. Məni bağışla. Səndən başqa günahları bağışlayan yoxdur).
– Kim bunu axşam desə və o gecə ölərsə Cənnətə girər.
7. Dörd dəfə:«Allahummə inni əmseytu uşhidukə va uşhidu hamələtə arşikə va mələikətikə va cəmia xalqikə, ənnəkə əntə-l-lahu lə iləhə illə ənt vahdəkə lə şərikə lək, va ənnə Muhammədən abdukə va rasulukə»
(Axşama çıxırıq Allahım! Səni və ərşini daşıyanları, mələkləri və bütün yaratdıqlarını şahid gətirirəm ki, Sən Allahsan, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, Təksən və Şəriksizsən, və Məhəmməd qulundur və rəsulundur).
– Kim bunu səhər və axşam 4 dəfə deyərsə Allah onu Cəhənnəmdən xilas edər.
8. «Allahummə mə əmsə bi min nimətin au bi əhədin min xalqikə fəminkə vahdəkə lə şərikə ləkə, fələkə-l-həmdu və ləkə-ş-şukr»
(Allahım! Mən və ya məxluqlarından biri nemətlərinlə axşama çıxdıq. O nemətlər ki, təkcə Sənə məxsusdur. Təksən və Şəriksizsən. Həmd və şükr Sənə məxsusdur).
9. Üç dəfə:«Allahummə afini fi bədəni, Allahummə afini fi səmi, Allahummə afini fi basari, lə iləhə illə ənt. Allahummə inni əuzu bikə minə-l-kufri, va-l-faqri, va əuzu bikə min azabi-l-qabri, lə iləhə illə ənt»
(Allahım! Bədənimə, qulaqlarıma və gözlərimə sağlamlıq ver. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığınıram. Qəbrin əzabından Sənə sığınıram. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur).
10. «Hasbiyə-l-lahu lə iləhə illə huva, aleyhi təvakkəltu va huva rabbu-l-arşı-l-azım»
(Allahı mənim üçün kifayətdir. Ondan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Ona arxalandım. O, uca ərşin Rəbbidir).
– Kim səhər və axşam 7 dəfə bunu deyərsə, bütün dünya və axirət işlərində Allah onun üçün kifayətdir.
11. «Allahummə inni əsəlukə afva va-l-afiyətə fi-d-dunyə va-l-əxirati, Allahummə inni əsəlukə-l-afva va-l-afiyətə fi dini va dunyəyə va əhli, va məli, Allahummə-stur aurati va min rauati, Allahummə-hfazni min beyni yədeyyə, va min xəlfi, va an yəmini, va an şiməli, va min fauqi, va əuzu bi azəmətikə ən uğtələ min təhti»
(Allahım! Dünyada və axirətdə Səndən bağışlanma və sağlamlıq diləyirəm. Allahım! Dinim, dünyam, ailəm və malım haqda Səndən bağışlanma va sağlamlıq diləyirəm. Allahım! Qüsurlarımızı gizlət və qorxduğum şeydən qoru. Allahım! Məni öndən, arxadan, sağdan, soldan və üstdən qoru. Ayağımın altını qazıyanların xəyanətindən Sənin əzəmətinə sığınıram).
12. «Allahummə alimə-l-ğeybi va-ş-şəhadəti, fatıra-s-səməvati va-l-ardı, rabbə kulli şeyin va məlikəhu, əşhədu ən lə iləhə illə ənt, əuzu bikə min şərri nəfsi, va min şərri-ş-şeytani va şirkihi, va ən əqtərifə alə nəfsi suan, au acurrahu ilə muslimin»
(Gizlini və aşkarı Bilən, səmaları va yeri Yaradan Allahım! Hər şeyin Rəbbi və Sahibi! Səndən başqa ibadətə və itaətə layiq haqq məbud olmadığını şəhadət edirəm. Nəfsimin şərindən Sənə sığınıram. Şeytandan və onun şirk-şərindən, nəfsimə və ya bir müsəlmana pislik etməkdən Sənə sığınıram).
13. «Bismi-l-ləhi-l-ləzi lə yədurru məa ismihi şeyun fi-l-ardı va lə fi-s-səməi va huva-s-səmiu-l-alim»
(Adı dilə gətirilərkən yerdə və səmalarda heç bir şeyin zərər verə bilməyəcəyi Allahın adı ilə! O, Eşidən və Biləndir).
– Bunu səhər və axşam 3 dəfə söyləyənə heç bir şey zərər verməz.
14. «Radıtu bi-l-ləhi rabbən, va bi-l-isləmi dinən, va bimuhəmmədin (sallallahu aleyhi va səlləm) nəbiyyən»
(Rəbb olaraq Allahdan, din olaraq islamdan, peyğəmbər olaraq Məhəmməddən (sallallahu aleyhi vasəlləm) razı qaldım).
– Bunu səhər və axşam 3 dəfə söyləyəni razı etməsi qiyamət günü Allah üzərinə haqq olur.
15. «Yə hayyu, yə qayyum, birahmətikə əstəğısu aslih li şəni kulləhu va lə təkilni ilə nəfsi tarfətə aynin»
(Ey Daimi və Əbədi olan, ey hər şeyin Hamisi! Rəhmətinlə yardım diləyirəm. Bütün işlərimi sahmana sal bir göz qırpımı belə məni öz ixtiyarıma buraxma).
16. «Әmseynə va əmsə-l-mulku lilləhi rabbi-l-aləmin, Allahummə inni əsəlukə xeyra həzihi-l-leyləti: fəthahə, va nəsrahə va nurahə, va bərakətəhə, va hudahə, va əuzu bikə min şərri mə fihə va şərri mə badəhə»
(Axşama çıxdıq və mülk də aləmlərin rəbbi Allaha məxsus olaraq axşama çıxdı. Allahım! Səndən bu gecənin xeyrini: fəthini, zəfərini, nurunu, bərəkətini, hidayətini diləyirəm və indiki və sonrakı şərindən Sənə sığınıram).
17. «Әmseynə alə fitrati-l-isləm va alə kəliməti-l-ixlas, va alə dini nəbiyyinə muhammədin (sallallahu aleyhi vasəlləm), alə milləti əbinə ibrahim, hənifən muslimən va mə kənə minə-l-muşrikin»
(İslam təbiətilə, İxlas kəlməsilə və Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm ) dini ilə olaraq, müşriklərdən olmayan, müsəlman va hənif olan ulu atamız İbrahimin milləti olaraq axşama çıxdıq).
18. «Subhanə-l-lahi va bihəmdihi»
(Allah nöqsansız və pakdır, və həmd Ona məxsusdur).
– Səhər və axşam 100 dəfə söyləyən kimsə, başqa bir kimsə də o qədər və ya çox söyləsə, qiyamət günü bundan ən fəzilətli bir əməl olmaz.
19. On dəfə «Lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləhu, ləhu-l-mulk, va ləhu-l-həmd, va huva alə kulli şeyin qadir»
(Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Təkdir və şəriki yoxdur, mülk və həmd Onundur və O, hər şeyə qadirdir).
20. Axşam 3 dəfə: «Əuzu bikəliməti-l-ləhi-t-təmməti min şərri mə xaləq»
(Yaratdıqlarının şərrindən Allahın kamil kəlamlarina sığınıram).
21. On dəfə səhər və axşam: «Allahummə salli va səllim alə nəbiyyinə muhamməd»
(Peyğəmbərimiz Məhəmmədə Allahın salamı və xeyir-duası olsun!).
✔ Uca Allah buyurmuşdur:
“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsi qaldırmadan Rəbbini yad et və qafillərdən olma!” (əl-Əraf, 205)
✔ Allahın elçisi demişdir:
“Rəbbini yad edənlə Rəbbini yad etməyənin misalı diri ilə ölünün misalına bənzəyir”. (Fəthul-Bari, 11/208).
‘
“Müsəlmanın Qalası” kitabından www.islamevi.az saytının heyәti tәrәfindәn tәrtib olundu.
‘
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!