Azan dəvətinə icabət etmək ancaq Allahın yardımı ilə mümkündür
– Müəzzin azan əsnasında azanın sözlərini oxuyarkən, dinləyənin hər sözü eynisilə təkrar etdiyi halda, “həyyə aləs saləh” (namaza tələsin) və “həyyə aləl fələh” (qurtuluşa tələsin) dedikdə ona qarşılıq olaraq “Lə həvlə va lə quvvətə illə billəh” (Qüdrət və güc yalnız Allaha məxsusdur) deməli olduğunun hikməti nədir?
– Çünki, insan bilmir ki, buna gücü çatacaq, yoxsa yox… Bu onun üçün asanlaşacaqmı yoxsa, buna müvəffəq ola bilməyəcək. “Lə həvlə va lə quvvətə illə billəh” deməyin mənası odur ki, müəzzinin çağırışına icabət edərək məscidə gəlməyə və namazı yerinə yetirməyə gücüm və qüvvətim yalnız Allahın müvəffəqiyyəti (yardımı və bu işi asanlaşdırması) ilə ola bilər.