media-img_8484
İnanmaq/iman etmək… və bilmək…
— Bunlar, iki fərqli şeydir.
İnsan bəzən bir şeyi bilər… amma həqiqi mənada inanmadığı – yəni, iman etmədiyi üçün — o istiqamətdə davranmaz, o imanı təsdiqləyəcək əməl etməz.. Necə deyərlər: sevgi, sadəcə dildə olarsa sevgi olmaz.
Bəzən həm bilər… həm də inanar… amma əməl və davranışlarında zəif olar və ya bəzən edər, bəzən etməz..
— Bax bu zaman vicdanın fəryad etməyə başlayar… və insan: “Kaş bu yanlışları, səhvləri və ya günahları etməsəydim, kaş inandığım yola uyğun yaşasaydım…” deyər..
Beləcə… daxildə peşmanlıq adlı sahə ortaya çıxar və qəlbi rahat buraxmaz.. Bu – onun qəlbindəki imanın səsidir.
Bu – etiraf məqamıdır. Lakin, Allaha itaətsizliyin yaratdığı vicdan fəryadına sadəcə etiraf dərman olmaz. Peşmanlıq və etiraf – tövbə ilə bütünləşərsə, vicdan yalnız o halda rahatlayar.
İnsan əslində zəif varlıqdır. Buna görə də daima “Allahım, məni bu hala düşməkdən qoru, qəlbimi Öz yolunda sabit və möhkəm et” duasını dilindən düşürməməlidir.
Keçmişdə belə dua edərdilər:
“Ey Rəbbim… məni, mənə buraxma! öz nəfsimlə, öz istəklərimlə baş-başa buraxma..”
Yusif peyğəmbər kimi iman, əxlaq və səbr numunəsi belə öz imanına güvənməzdi, nəfsinin şərrindən Allaha sığınardı:
وَمَا أُبَرِّئُ نَفْسِي ۚ إِنَّ النَّفْسَ لَأَمَّارَةٌۢ بِالسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّىٓ ۚ إِنَّ رَبِّى غَفُورٌۭ رَّحِيمٌۭ
“Mən öz nəfsimi təmizə çıxarmıram. Həqiqətən, nəfs (adamı) pisliyə sövq edəndir, ancaq Rəbbimin rəhm etdiyi (kimsə başqa)..” (Yusuf surəsi)
Çünki biz özbaşımıza qalsaq…
— nəfsimizin şərrindən və şeytanın hiylələrindən özümüzü qoruya bilmərik. İnsanın hər zaman Allahın yardımına, qorumasına və xeyirli istiqamətlərə müvəffəq etməsinə hava və su kimi ehtiyacı var..

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı