media-img_2491
İnsan unudan və zamanla uyğunlaşıb adaptasiya olan bir varlıqdır…
Bu gün qəlbini ağrıdan, çiyinlərinə ağır yük kimi çökən nə varsa, bil ki, bir gün keçmişdən sadəcə bir xatirəyə çevriləcək. İnsan təbiəti etibarilə unudan və zamanla sağalan bir varlıqdır. Bir rəyə görə, “insan” sözünün kökü “nəsiyə” (نَسِيَ) – unutmaq mənasını ifadə edir.
Həyat axmağa davam edəcək, duyğuların dəyişəcək və zehnin bu gün sənə ağır gələn yükün ağırlığını zamanla azaldacaq. Bu dünyada olma səbəbimiz də imtahanlardan keçməkdir. Buna görə də, daim asanlıqların olacağını düşünmə. Lakin çətinliklərin də əbədi olacağını zənn etmə.
Uca Allah belə buyurur:
﴿سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا﴾
“Allah çətinlikdən sonra asanlıq verəcək.” (Quran, 65/7)
Əgər hazırda çətin bir dövrdən keçirsənsə, unutma ki, sən imtahan dünyasında yaşayırsan. Necə ki, hər şey gəlib keçir, bu çətinlik də keçib gedəcək. Əgər bu imtahanın səni Allahla yaxınlaşdırıbsa, qəlbini dua və itaətə yönləndiribsə, bu yaşadığının bir cəza olmadığını bil.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr