media-img_5570

Ubeydullah b. Mihsan əl-Ənsaridən رضي الله عنه rəvayət edildiyinə görə, Hz. Muhəmməd ﷺ belə buyurmuşdur:

“Sizdən kim bədəni sağlam, qəlbən əmin-aman olub, yanında gününün kifayət edəcək qədər ruzisi olarsa, bütün dünya ona verilmiş kimidir.” (İbn Macə)

 

Hədisdən çıxan hökmlər:

1. Bədən sağlığı böyük bir nemətdir.

2. Düşmənin şərrindən və qorxusundan əmin olmaq, və təhlükəsizlik içində yaşamaq böyük bir nemətdir.

3. Günlük ərzaq və ruziyə sahib olmaq, böyük bir nemətdir.

4. Yuxarıda sayılan üç nemətə sahib olan bir kəs, sanki bütün dünya ona verilmiş kimidir. Özünü belə görməli, dərd-səri düşünərək, Allahın verdiyi saysız-hesabsız nemətləri nəzərdən qaçıraraq nankorluq etməməli, bu nemətlərə çoxlu şükr etməli və axirət səadətini qazanmaq üçün var gücü ilə çalışmalıdır.

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı