Uca Allah insanların bir qismini doğru və tər-təmiz yoluna yönəldərək, onlara hidayət nemətini bəxş etmişdir. O kəslər, Allahın buyurmuş olduğu doğru yoldan, habelə Onun insanlara müəllim olaraq göndərdiyi elçisi Hz. Muhəmmədin ﷺ təlimlərdən əsla ayrılmaz, bunlara nə bir əlavə edər, nə də nəfsinə uymadığı üçün heç bir şeyi əksiltməz. Bir sözlə, ‘nəfsimə gözəl görünsə də, bunu nə Allah buyurub, nə də Onun elçisi’ düsturunu qəlbində hakim edər və haqqı gördükdə əsla inadkarlıq etməz.

Lakin, bir qism insanlar, doğru yolu istəmədikləri, qəbul etmək nəfslərinə ağır gəldiyi üçün Allah da onları öz etdiklərilə baş-başa buraxmışdır.

(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü… (Əraf surəsi, 30)

Ayənin davamında bunun səbəbi qeyd olunmuşdur. İnsan öz nəfsini və şeytanın ona “əşşi, boş ver, qulaq asma, sən doğru yoldasan” vəsvəsəsini qəlbində hakim tutaraq göz, qulaq və qəlbini – eşitməyə bağlamaqla dünyanın ən böyük neməti olan hidayət nemətinin şirinliyini dadmaqdan məhrum qalacaqdır. Çünki, batil yolda olduqları halda, doğru yolda olduqlarını hesab edir və inadkarlıq edərək yanılırlar. Beləcə o kəslər, dünya və axirətlərini öz əllərilə puç etmə təhlükəsinə düşmüş olurlar.

…Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər. (Əraf, 30)

 

 

Ayxan Yaquboğlu

 

Bənzər Məqalələr