«Xoruzun banlamasını eşitsəniz, Allahdan fəzilət diləyin, çünki o (xoruz) mələk görmüşdür. Eşşək anqırtısı eşitsəniz, şeytandan Allaha sığının, çünki o (eşşək) şeytan görmüşdür».
( الحمدُ للهِ الذِي بِنْعمَتِهِ تَتِمُّ الصَّالحاتُ ) Peyğəmbər (s.a.v.) bir sevindirici hadisə baş verdikdə deyirdi: «Əl-həmdu li-l-ləhi-l-ləzi binimətihi tətimmu-s-salihətu» (Həmd Allaha məxsusdur! Yaxşı işlər Onun neməti ilə baş verdi).
Cabir (Allah ondan razı olsun!) demişdir: «Biz təpələrə qalxanda təkbir, aşağı enəndə təsbih edirdik» (əl-Buxari, izahlı nəşri, 6/135.) Müsəlmanın Qalası kitabından www.islamevi.az