Dua və Zikr (Müsəlmanın Qalası)
Bu proqram “Müsəlmanın Qalası” (Dua və Zikrlər) kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir.
Sizi daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanın strukturunda bəzi dəyişikliklər edilmiş, ələlxüsus bir çox zikrlərlə bağlı bilmədiyiniz fəzilətlər əlavə olunmuşdur. Həmçinin proqram geniş kütlə tərəfindən rahat istifadə edilsin deyə, onu mümkün qədər funksiyalı və gözoxşayan etmişik.