media-img_6580

 

Dünyanın ən qədim universiteti və onu təsis edən qadın.

Əziz dostlar, bu gün oxuduğum çox maraqlı faktı Sizinlə də bölüşmək istəyirəm.  BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən dünyanın ilk universiteti qəbul edilən Mərakeşdəki Karaviyyin mədrəsəsi 859-cu ildə Tunis əsilli müsəlman alim Fatimə əl-Fihri tərəfindən təsis edilib.

Əl-Fihri bu gün Tunis kimi tanınan bölgədə anadan olub. Ailəsi 9-cu əsrdə Tunisin Kairouan şəhərindən Mərakeş (Fəs) şəhərinə köç edir.
Atasından ona qalan bütün mirası universitetin tikintisinə, xeyriyyə işlərinə sərf edib. Universitetin adı isə onun Tunisdə yaşadığı Qayravan (Kairouan) şəhərinin şərəfinə qoyulub. Atası Qayravanın nüfuzlu tacirlərindən idi.

Universitet yarananda ilk qurulan kafedralar Quran və fiqh elmləri üzrə olub. Sonralar dünyəvi elmlər riyaziyyat, tibb, astronomiya, tarix, coğrafiya, kimya da tədris olunmağa başladı.

Dövrün görkəmli müsəlman mütəfəkkirləri Əbül-Abbas, İbn əl-Ərəbi, İbn Xəldun, Məhəmməd əl-İdrisi orada təhsil almış və dərs demişlər.

Universitet və nadir kitablar və əlyazmaların saxlandığı kitabxanası indi də fəaliyyət göstərir. Nadir kitablar arasında İbn Xəldunun “Müqəddimə”si də yer alır.

 

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri prof. Misir Mərdanov

Bənzər Məqalələr