ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-HƏKƏM
əl-Həkəm — «Allah aramızda hökm verənlərin ən xeyirlisidir». (əl-Əraf 87). «Ondan başqasınımı özümə hakim istəməliyəm?». (əl-Ənam 114). «Bəndələrin arasında ixtilafda olduqları məsələlər barəsində Sən hökm edəcəksən!». (əz-Zumər 46).
Bu İsim insanlar haqqında da istifadə edilərək Qurani Kərimdə zikr olunur. «(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər hakim təyin edin». (ən-Nisa 35). Hani İbn Zeyd (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) yanına bir qrup heyət gəldi. Aralarından birinə: «Əbul Həkəm deyildiyində Peyğəmbər (s.a.v) o, kimsəyə: «Həkəm Allahdır. Nə üçün sənə Əbul Həkəm deyirlər?» deyə buyurdu. Adam: «Qövmüm hər hansı bir məsələdə ixtilaf etdiklərində mənim yanıma gəlirlər, mən də həkəmlik edərək aralarında hökm verirəm. Beləcə hər iki tərəf də verdiyim hökmə razı qalırlar» dedi. Peyğəmbər: «Övladların varmı» deyə buyurdu. Adam: «Bəli, Şurayh, Abdullah və Müslim Bəni Hani» dedi. Peyğəmbər: «Ən böyüyü hansıdır?» deyə buyurdu. Adam: «Şureyh» dedi. Peyğəmbər: «Artıq sən Əbu Şureyhsən» deyə buyurdu . (Buxari 811, Əbu Davud “Kitabul Ədəb” 4955, Nəsəi 5389, əl-Albani “Mişkət” 4766, “İrva” 2615. )
Həlimi deyir ki: «Həkəm — höküm və qərar verəndir». İbn Qeyyim deyir ki: «Hökmlər üç cürdür. 1) Dini hökmlər. 2) Varlıq aləmi ilə bağlı hökmlər. 3) Qədəri kovni hökmlər.
Hər müsəlman Allahdan başqa Həkəm olmadığını, Onun bütün fellərinin hökm, bütün sözlərinin hikmət və vəsiyyətlər olduğunu, Peyğəmbərlərin hikmət qaynağı və hikmət əhli kimsələr olduğunu bilməlidir. İnsanlar hökm verirkən Allahın nazil etdiyi ilə hökm vermələri lazımdır. Hər müsəlman Allahın hökmü ilə hökm edilən bir məhkəməyə çağırıldığı zaman bu çağrışa cavab verməli və əleyhinə bir hökm çıxdığı zaman buna uymaq məcburuyyətindədir. Əks halda zülm edənlərdən olar. «Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər. Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar». (ən-Nur 48-50). Hakim və rəhbərlər Allahın cızdığı sərhədlərdən kənara çıxmamalı və qoyduğu qadağaları aşmamalıdırlar. İnsanlar arasında adil davranmalı, kimsəyə ayrı-seçkilik etməməlidirlər. Əleyhlərinə belə olsa doğruluqdan qaçmamalıdırlar və haqq ilə hökm verməlidirlər. «Ey iman gətirənlər! Sizin özünüzün. Ata-ananızın. Yaxud qohumlarınızın əleyhinə belə olsa, ədalətdən möhkəm yapışın Allah şahidi olun». (ən-Nisa 135). «(Ya Davud!) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırarlar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir». (Sad 26).
————–
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn