QƏDİM MİSİR KRALLARI OLAN FİRONLAR NƏYƏ GÖRƏ BU QƏDƏR LƏNƏTLƏNİBLƏR?

Misir Fironları, paqanizmin (İslami termin olaraq: müşriklik/çoxtanrılıq -red.) gətirmiş olduğu günahlar nəticəsində, çox iyrənc əməllər edərək, xalqlarını da buna çağırırdılar. Bu, təbii ki, ailə modelinə də təsir etməyə bilməzdi. Qədim Misirin ən məşhur fironlarından olmuş Tutanhamonun mumiyasının şəkil formasındakı virtual analizi bunu daha da canlı şəkildə müşahidə etməyə imkan verir.

 

Misir fironu Tutanhamonun anadan gəlmə fiziki məhdudiyyətləri olmuşdur. Alimlər bunun səbəbi kimi Qədim Misir fironlarının ailədaxili evliliklərini göstərirlər. Məlum olduğu kimi, Qədim Misir fironları “müqəddəs qan”larını təmiz saxlamaq üçün öz bacıları ilə (!) evlənirdilər.

Tutanhamonun mumiyasını araşdıran alimlər tərəfindən hazırlanmış virtual görüntü.

Tutanhamonun atası Exnaton da öz bacısı ilə evlənmişdi. Tutanhamonun özü də ögey bacısı ilə evlənmişdi. Qardaş-bacı evliliyi Misir fironlarında genetik xəstəliklərin artmasına və varislərə ötürülməsinə səbəb olurdu. Buna görə də bir çox firon çox qısa ömür sürürdü.

Allahı inkar edən və ya şirk qoşan ideologiyalarda bu cür iyrənc adət-ənənələr çox geniş yayılmışdı. Bu kimi şeylər, təkcə Qədim Misirdə deyil, Qədim İranda (Sasanilərdə) da çox qarşılanan hadisə idi. Misal üçün, II Yezdəgird (farsca : یزدگرد دوم ), öz qızıyla evlənmiş, sonra isə, onu öldürtmüşdü. Danimarkalı alim Arthersin deyir ki, Qədim İranda (Sasanilərdə) bu kimi adətlər günah deyil, Allaha yaxınlaşmağa vəsilə olan (!) əməllərdən hesab edilirdi. BəhramCəşteps də, evlənməsi haram olan qohumlarıyla evlənmişdilər. (“Sasanilər dövründəki İran”, səh. 430-439)

Günümüzdə dinsizliyin yayılması nəticəsində ailə insitutlarının dağılması, ailə dəyərlərinin məhv olması, cinsi azğınlıqların artması, əxlaqsızlığın müxtəlif adlarda tüğyan etməsi, cinsi azlıqların açıq-aşkar təbliğat aparması, gənc qadın və kişilərin məqsədli şəkildə ailəyə yararsız şəkildə yetişdirilməsini və daha bir çox iyrənc işləri qabarıq şəkildə müşahidə edirik. Bütün bunlar, dinsizlik (ateizm, deizm, aqnostizm və s), paqanizm (bütpərəstlik) və politeizm (müşriklik) ortaya çıxardığı mənəviyyatsızlığın təbii meyvələridir. Çünki, inancsızlıq vardırsa, heç bir qadağa və qeyri-leqal davranışlardan, habelə ailə, əxlaq və namus kimi anlayışlardan söhbət gedə bilməz. Hansı cəmiyyətdə bu sadaladığımız dəyərlər vardırsa, bu, insanlar unutmuş olsalar belə, mütləq dinlərdən qalmış mentalitet və digər vicdani duyğulardan dolayı varlığını qorumuşdur. Zaman keçdikcə və insanlar dinə qarşı soyuq davrandıqca, təəssüf ki, bu duyğuların da tədricən yox olduğu müşahidə olunacaqdır.

İslam dini hər bir dövr üçün bütün pislikləri qadağan etmək, ailə və cəmiyyətləri, habelə bütün vacib əxlaqi prinsipləri mühafizə etmək üçün gəlmişdir. Allahın buyuruqlarından imtina edərək nəfsi istəklərə görə yaşayan bütün cəmiyyətlərdə qeyd etdiyimiz qorxunc pozuntular mövcud olmuş və olacaqdır.

 

Misir fironu olmuş Tutanhamon atasının ölümündən sonra 9 yaşında taxta çıxmış, 19 yaşında isə ölmüşdü. Qeyd edək ki, Misir Fironları, özlərini tanrı hesab edir, yəni – şirkin ən ağır növünü işləyərək – birbaşa özlərini Uca Yaradana ortaq/şərik qoşurdular. İnsanları özlərinə boyun əyməyə məcbur edən Fironlar, müşrikliyin gətirdiyi iyrənc günahları işləmiş, Allah tərəfindən göndərilmiş haqq elçilərinə zülmlər etmiş, xalqlarının da doğru yolda olmasına əngəl törətmiş, habelə, sosial həyatda da insanların haqlarını qəsb edərək, işgəncələr verməkdən çəkinməmişlər.

“Musanın xəbəri sənə gəlib çatdımı? Bir zaman Rəbbi ona müqəddəs Tuva vadisində belə səslənmişdi: “Fironun yanına get! Həqiqətən, o, həddini aşdı. (Firona) de: “Səni (günahlardan) təmizlənməyə dəvət edirəm.” (Quran, Naziat surəsi, 15-18)

 

Allah da, onlara bəlalar göndərərək, soy-köklərini məhv etmiş və ibrət almamız üçün bizlərə bunun nümunələrini nümayiş etdirmişdir.

“Ancaq o Musanı yalanladı və ona qarşı çıxdı. Sonra arxasını çevirib (Musanı haqsız göstərmək üçün) işə başladı. O, (öz adamlarını) bir yerə yığıb (onlara) səsləndi. O: “Mən sizin ən uca Rəbbinizəm!” – dedi. Buna görə də Allah onu axirət və dünya əzabı ilə cəzalandırdı. Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət dərsi vardır.” (Quran, Naziat surəsi, 21-26)

 

FİRON || RAMZESİN DƏRDSİZ HƏYATI

Bütün dövrlərdə yaşamış insanların çoxu zəngin və güc sahibi insanlara həsəd həsəd etmiş və onların həyatını yaşamağı arzulamışlar.. Dünya tarixinin bəlkə də ən zəngin hakimiyyət sahiblərindən biri olmuş Fironlardan söz düşmüşkən, incə bir nüansa diqqət çəkməkdə fayda vardır..

Firon || Ramzes

Tarixi mənbələrə isnad olunan rəvayətlərə görə (Musa dövrünün Misir fironu olduğu iddia olunan) məşhur || Ramzes həyatı boyunca heç xəstələnməmiş, baş ağrısı belə çəkməmişdir. Dərdli insanın tədricən Allah’a yönəldiyinə və beləliklə də Onu xatırladığına görə Uca Allah ona heç bir dərd verməmiş, onun tərəfindən xatırlanmaq istəməmişdir.

Nəticə nə oldu? “Fironluq” edərək, Allahın dinini qəbul etmədiyinə, yer üzündə etdiyi azğınlıqlara və Ona qarşı mübarizə apardığına görə suda boğularaq həlak oldu.. Həyatda olan hər şeyi əldə etmək və dərdsiz ömür sürmək istəyən şəxslər, Firon kimi – Allah’ın Özünü unutdurduğu kəslərdən olmaqdan şiddətlə qorxmalıdırlar.

 

 

Ayxan Yaquboğlu 

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı