featured-image-3718

Torpaq yağışı sevib özünə çox ürəkdən və istəyərək qəbul etdiyi kimi hər bir müsəlman Ramazan ayını həsrətlə, sevgi ilə, şövqlə gözləyib, onu özünə qəbul edir.

Bu ona bənzəyir ki, xəstə bir insana müalicəsinin, şəfa tapmasının hər hansısa bir həkimdə olduğunu ona deyirlər. O xəstə insan sevincindən həmin həkimin tezliklə yanına gəlməsini və onu bu xəstəlikdən xilas etməsini gözləyir, bilir ki, onda heç bir xəstəlik qalmayacaq. Bu ona bənzəyir ki, sevən bir insan neçə illərdir həsrətində olduğu, görə bilmədiyi və nəhayət indi gördüyü sevgilisinə qovuşur. Əziz müsəlmanlar üçün Ramazan ayı yaxınlaşır. Allah təala bizi bu mübarək aya qovuşdursun. Amin!

Ey Rəbbimiz! Sən bizi Ramazan ayına qovuşdur! Amin! Bu ayda oruc tutaq, namaz qılaq, saleh əmllər edək! Amin! Ya Rəbbimiz! Səndə bizdən bütün ibadətlərimizi və saleh əməllərimizi qəbul et. Amin!

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)…

Bənzər Məqalələr

  Həcc – möhtəşəm bir ibadətdir və Peyğəmbərimizin buyurduğu kimi ‘Allah tərəfindən qəbul olunmuş həcc’in mükafatı yalnız Cənnətdir’. Müxtəlif simvolik əməlləri özündə cəm edən bu ibadət, böyük bir mənəvi məktəbdir.. […]
Daha ətraflı