media-img_1833
Uca Allah insan ömrünün dəyərini – Onun sevib razı qaldığı kimi yaşamağa bağlamışdır. Buna görə də, inkarçı kafirin diri deyil, ölü olduğunu bildirmişdir:
أَمْوَاتٌ غَيْرُ أَحْيَاءٍ
“Onlar ölüdürlər, diri deyillər…” (Quran, 16/21)
Əslində həyat – qəlbin yaşaması, diri olmasıdır. Gerçək insan ömrü – Allahın razılığını qazanmaq üçün yaşadığı anlardan başqa bir şey deyil. Xeyirxahlıq, saleh əməllər, Allah sevgisi, Allah qorxusu, ibadət və itaət – onun həyatının məna qatan anları artırar. Allahdan uzaq yaşanılan ömür isə, praktiki olaraq yaşanılsa da, Allah dərgahında onun bir dəyəri olmaz.
İnsan Allahdan üz döndərərsə və günahlara qurşanarsa, onun həyatı qəlb sıxıntısı içində keçər. Bununla yanaşı, yalnız Allaha itaətin bəxş etdiyi o qəlb rahatlığını da daimi olaraq dada bilməz.
Kim Məni yad etməkdən (Qurandan, zikrdən, ibadətdən, duadan və digər itaərlərdən) üz döndərsə, onun güzəranı/həyatı sıxıntılı olacaq…” (Quran, 20/124)
Üz döndərənlər, müvəqqəti olan dünya həyatından sonra – həyatlarının puça getdiyini görəcəklər.
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي
O: ‘Kaş ki, mən əvvəlcədən həyatım üçün (yaxşı əməllər) edəydim!’ – deyəcəkdir. (Quran, 89/24)
Yəni, dünya və Axirət işlərinə faydalı olan əməllər edərdim ki, həyatımı yaşamış olardım. Əsl həyat yaşayardım.. Allahın günəş kimi aydın olan yolundan uzaqlaşdıqca, günahlar edildikcə, xeyrə gedən yollar bağlanır və qəlb ölür. Beləcə, bu şəkildə yaşanılan ömür, əsl həyat ola bilmir…

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr