media-img_7866
يَـٰأَيُّهَا ٱلَّذِينَ آمَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَٱعْلَمُوۤا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥۤ إِلَيْهِ تُحْشَرُونَ ﴿٢٤﴾ وَٱتَّقُوا۟ فِتْنَةً لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَاۤصَّةً ۖ وَٱعْلَمُوا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿٢٥﴾
“Ey (Allaha) iman edənlər, sizi həyat verəcək şeyə çağırdıqda Allaha və Onun Elçisinin dəvətinə cavab verin (icabət edin). Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın istəyinə çatmasına mane ola bilər) və bilin ki, siz axırda (sorğu-sual üçün) Ona hüzuruna toplanacaqsınız. Elə bir fitnədən/bəladan qorxun ki, o yalnız aranızdakı zalımlara toxunmaz, hamınızı bürüyər. Bilin ki, Allahın əzabı şiddətlidir.” (8/24-25)
Bu bir xəbərdarlıqdır – dirilik verən dəvət gəldikdə ona tabe olmaq gecikdirilməməlidir. Bu dəvət Qurandır, haqqdır, iman və itaət yoludur. Əgər buna qarşı laqeyd qalınarsa, Allah qəlblə insan arasına girər və insanın qəlbi həqiqətə bağlana bilməz. Qəlbləri çevirən yalnız Odur. Elə buna görə də, Allahın dinində sabit qalmaq üçün dua edilməli, qəlbin daim hidayətə yönəlməsi üçün yalvarılmalıdır.
Zülm və digər münkər (pis) işlər yayıldıqda buna qarşı çıxılmırsa, fitnə və əzab təkcə zalımları yox, susanları da əhatə edər. Cəmiyyətdə hər hansı bir azğınlıq açıq şəkildə görülürsə və buna göz yumulursa, hər kəs məsuliyyət daşıyır. Fitnənin, əzabın, fəlakətin fərdi yox, ümumi olması da məhz bunun nəticəsidir. Allahın səbri böyük olsa da, əzabı şiddətlidir. Bu əzabdan qorunmaq yalnız itaətlə, haqqı yaşatmaqla və pisliyə susmamaqla mümkündür.
Allaha həqiqi mənada inanan iman əhli yalnız iman etməklə deyil, imanlarının gərəkdirdiyi məsuliyyətlə də yaşamalıdırlar.
İnsanlar üçün faydalı işlər görmək və cəmiyyətləri xeyirli yönə dəvət edən çıraq olmaq – ən böyük ibadətlərdəndir. İtaət, təvəkkül, dua, xeyirə dəvət etmək və haqqı qorumaq – əsl müsəlmanın yoludur.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr