media-3bfa057f-3526-40de-8c37-94ad398d6a9b

media-fa80cbd0-3115-4ae2-8555-908de4a8a25bBöyük öndərimiz İmam Hüseyn və bir çox ailə üzvü, #Aşura kimi fəzilətli bir gündə şəhid olmuş, Allah qatında üstün bir məqama çatmışdır. Qəlbimizdə dərin bir yaraya yer açmış bu faciədə Onun qatillərinin zalımlığını və tərəfdarlarının xəyanətini böyük bir lənətlə xatırlayırıq! Başda İmam Hüseyn olmaqla bütün şəhidlərimizi isə, rəhmətlə yad edirik. Yad edərkən orta yolu tutur, dinimizdə olmayan ifrat və təfridlərdən uzaq dururuq. Rəbbimiz bizi Hz. Hüseynin əsl və doğru yolundan ayırmasın.

media-67fe1bd4-811c-4c5e-8106-38c4828ac629
Peyğəmbər nəvələrinin sevgisini qəlbimizə bəxş edən Rəbbimizə həmd olsun! Bizim sevgimiz – cahillik və xurafatlardan uzaq bir sevgidir. Bizim sevgimiz – onların saleh, təqvalı və ibrət aldığımız öndər şəxslər olduqlarına görədir. Onların başına gələn müsibətlər bizi kədərləndirir və zalımlara qarşı nifrət hissimizi yeniləyir. Lakin, İslamda olmayan yenilik və xurafatlardan uzaq olmaq – məhz həmin imamların/öndərlərin təmiz və mübarək yoludur! Allahın salavat və salamı Onun əziz peyğəmbərinin, ailəsinin/əhli-beytinin, səhabələrinin və həqiqi mənada onların yolunu tutub gedənlərin üzərinə olsun!

media-e21cb354-81e1-4056-a762-0bf54e54e3c9

media-4d083b3f-c3e2-4bec-8dae-0dfbc2c23784

Bənzər Məqalələr