İnsan, güclü olmağı bacarsa da, əslində zəif bir məxluqdur. Bəzən hər hansı bir problem, onu rahatlıqla həyata küsdürə bilir. Bəzən isə, tam əksi – kiçik bir xoşbəxtlik, onu havalara uçura bilir.

Bu səbəblə də insan, zəif nöqtələrini doğru şəkildə təyin etməli və bunun üzərində işləməlidir ki, həyatın çətinlikləri qarşısında tab gətirə bilsin.

 

4 şey bədəni xəstə edər:

1. Çox danışmaq,
2. Çox yatmaq,
3. Çox yemək,
4. Çox (cinsi) münasibət.

Peyğəmbərimiz bu haqda hədislərində yetərincə danışaraq, bunların ‘qəlbi öldürən amillər’ olduğunu qeyd etmişdir. (İbn Macə, 4193)

 

4 səbəb bədəni məhv edər/yıxar:

1. Stress,
2. Kədər,
3. Aclıq,
4. Yuxusuzluq.

 

4 səbəb üzü qurudar və gözəlliyini aparar:

1. Yalan danışmaq,
2. Həyasızlıq/utanmazlıq,
3. Çox (mənasız) sual soruşmaq,
4. (Gizləmədən) açıq-aşkar şəkildə günahlar etmək.

 

4 səbəb üzün nurunu və gözəlliyini artırar:

1. Təqva (Allah qorxusu),
2. Vəfa (sadiqlik)
3. Cömərdlik (əliaçıq olmaq)
4. Dürüstlük.

 

4 səbəb ruzi və bərəkəti cəlb edər:

1. Gecənin müəyyən hissəsini namaz və bol duayla keçirmək,
2. Sübh vaxtı Allahdan (günahlardan) bağışlanma diləmək,
3. Daima sədəqə vermək,
4. Günün başlanğıcı və sonunda Allahı zikr (yad) etməyə davam etmək.

 

4 şey ruzinin gəlməsinə əngəldir:

1. Səhərlər yatmaq,
2. Az namaz qılmaq,
3. Tənbəllik,
4. İnsanlara xəyanət etmək.

 

 

Qeyd olunmuş bütün səbəblər, dahi alim İbn Qayyim tərəfindən Quran və hədislər işığında tərtib edilmişdir.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı