İSLAMI QƏBUL ETMİŞ CƏRRAH : (Moris Bukay)
Moris Bukay necə İslamı qəbul etdi. Əvvəlcə Moris Bukayın kim oduğuna və nə ilə məşğul olduğuna nəzər salaq. O, Fransanın parlaq zəka sahibi, tanınmış elm adamlarından biridir. Həm atası, həm də anası fransızdır. Xristian mühitində böyüyüb tərbiyə almış, orta təhsilini başa vurduqdan sonra Fransa Universitetinin tibb fakultəsinə daxil omuşdur.
Oranı birinciliklə bitirən Moris Bukay tezliklə Fransanın ən məşhur cərrahlarından birinə çevrilmiş http://www.facebook.com/l/cfa10Vf-WgC68RjoR64Jxy8v5hA/dir.Peşə həyatında qarşısına çıxan bir hadisə bu tanınmış cərrahın həyatını və dünya görüşünü dəyişir.
Bilindiyi kimi, Fransa dövlətlər arsında mədəni-tatrixi irsin qorunması və arşdırılmasına ciddi diqqət edən dövlət kimi tanınmaqdadır.
1981-ci ildə Fransada hakimiyyətə gələn sosialist Fransua Mitteran elə həmin illərdə Misir Fironunun mumiyasını tədqiqat üçün Fransaya gətirilməsini təklif etmişdi. Tarixdə Misirin şahid olduğu tağutların ən məşhurunun cəsədini Fransaya nəql edilməsi baş tutdu. Fransa prezidenti və bir sıra dövlət adamları Fironun mumiyasını qarşılamaq üçün aeroportda bir sultanı qarşılayırmış kimi sıraya düzülmüşdülər. Elə bil ki, Firon heç ölməmiş, sağ idi. Onlar sanki, Fironun “Mən sizin ən uca rəbbiniz deyiləmmi?” – deyə xitab edəcəyini gözləyidilər. Beləcə, Fransada Misir Fironunun qəbul mərasimi başa çatdı. Onun mumiyalanmış cəsədi
fərəh və məmnuniyyətlə qəbul edilərək Fransa Arxeoloji Tədqiqatlar Mərkəzinə gətirildi. Cərrahlar və anatomiya alimləri, arxeoloqlar Fironun cəsədini tədqiq etmək üçün toplaşdılar. Mərkəzin əsas məsul rəisi, cərrahalara başçlıq edən Moris Bukay idi. O digər araşdırmaçılar arasında fərqli bir yöndə araşdırma aparması ilə seçilirdi. O, istəyirdiki Fironun necə öldüyünü isbat etsin. Və tədqiqat bir gecə yarısı öz nəticəsini verdi. Fironun bədənində duz qalıqlarının çoxluğu onun suda boğulmasını göstərirdi. Dənizdə boğulub öldükdən sonra onun cəsədini sudan çıxarıb mumiyalamışlar. Təəccüblü bir də burası idi ki, digər firon mumiyalarından fərqli olaraq bu cəsəd uzun müddət suda qalmasna rəğmən tamamilə salamat qalmışdı. Sonda Moris Bukay etdikləri elmi arşdırmanın nəticələri haqqında raport hazırlamaq qərarına gəldi. Yanında olan yoldaşlarından biri onu tələsməməyə çağırırdı. Belə ki, müsəlmanlar da Fironun suda boğulmasından bəhs edirdilər. O, bu məlumata şiddətlə qarşı çıxdı, çünki, onun gəldiyi elmi nəticəyə ancaq inkişaf etmiş güclü tədqiqat cihazları və kompyuter sistemi ilə nail olmaq mümkün idi. Ancaq digər bir yoldaşı isə ona bu xəbəri verdi: “Müsəlmanların inandıqlar Qur`anda Fironun suda boğulması və sonra da çıxarılması barədə hekayə var.” Bu xəbər onu beynini qarışdrdı – bu necə ola bilərdi? Təqribən iki sər bundan öncə – miladi tarixlə 1898-ci ildə bu mumiya tapılmışdır. Qur`an isə 14 əsr bundan
əvvəl meydana gəlmişdir. Bunu ağıl qəbul etmir. Həm bəşəriyyət həm də ərəblər
mumiyalanmış Misir fironları barədə məlumatı yalnız son zamanlarda əldə etmişlər.
Gecəni Fironun cəsədi yanında keçirən alim dostunun ona Qur`anda Fironun boğulduqdan sonra sudan çıxarılması barədə verdiyi məlumat barəsində düşündü. Həmçinin müqəddəs kitabları Matta və Luka İncillərində Musaya (ə) hücum edərkən Fironun boğulmasına aid fikirləri də ağılından keçirdi. Və düşünməyə başladı: “ Həqiqətənmi qarşısındakı bu cəsəd Musanı (ə) təqib edən edən Firona məxsusdur?” Bunu ağıl necə qəbul etsin?! Bu hadisə Muahamməddən (sallallahu aleyhi va sallam) min il əvvəl olub. Mənim bu gün kəşf etdiyim bu məsələni o necə uydura bilərdi? Moris yatmayaraq gecəni bu fikirlərlə keçirdi. Ona Tövrat gətirmələrini
istədi. Oradan “Çıxış səfəri” hissəsini oxudu. Orada deyilirdi: “Su qayıdaraq onların
arxasınca dənizə girən Firon ordusunun atlılarnı qərq etdi. Onlardan bir nəfər belə qalmadı”
Hətta İncildə belə Fironun cəsədinin çıxarılması və bütöv qalması barədə danışılmırdı. Beləcə Fironun mumiyasının bərpa və öyrənilməsi başa çatdırıldı və Fransa mumiyanı şüşə tabutun içərisində Firona layiq hörmətlə Misirə qaytardı. Morisin isə müsəlmanların bu cəsədin sudan çıxarılaraq saxlanacağına aid inancları beynini lərzəyə gətirmişdi, suallar onu rahat buraxmırdı. Bundan sonra o, Səudiyyə Ərəbistanına müsəlman təbib və anatomiya alimlərinin keçirdiyi konfransda iştirak üçün getdi. Orada ilk mövzu Fronun suda qərq olduqdan sonra çıxarılması barədə oldu. Bu kəşf barədə ilk söz alan iştirakçı alimlərdən biri Qurandan Yunus surəsinin 92-ci ayəsini oxudu: “Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!” Oxunan ayə Morrisi titrətdi. Elə bir hiss ona hakim kəsildi
ki, yüksək bir səslə konfrans iştirakçılarının qrşısında bu sözləri söylədi: “Mən İslamı qəbul etdim və Qurana inandım”
Moris Bukay Fransaya yeni bir insan olaraq qayıtdı. O, Fransada on il yaşadı. Ömrünün qalan hissəsini Quranın elmi həqiqətlərinə həsr etdi. Bir çox elmi kəşfləri Quran işığında açıqladı. “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir.” (Fussilət 42)
Bu illərin bəhrəsi olraq Moris Avropa ölkələrində geniş əks-səda doğuran bir kitab yazdı. Kitab belə adlanırdı, “Quran, Tövrat, İncil və elm… Müasir elmlərin işığında müqəddəs kitabların həqiqəti”
İlk nəşrində kitab az bir zamanda sürətlə satılaraq kitab mağazalarında tükəndi. Əsəsr yenidən fransızca yüz minlərlə tirajla çap edilmiş, daha sonra bir çox Avropa dillərinə, ərbcəyə və farscaya çevrilmişdi. Kitab tezliklə şərqlinin, qərblinin, amerikalının əlində dolaşmağa başladı. Bir çox xristian və yəhudi gəncləri bu kitab vasitəsi ilə İslamla şərəflənirdilər. Amma qəlbləri və gözləri möhürlənmiş bu dinlərin bəzi elm sahibi nümayəndələri bu kitaba cavab yazmağı düşündülər. Bu kitablardan biri də Volim Kempelin “Tarix və elmin nuru qarşısında Kitabi-müqəddəs və Quran” adlı kitab idi. Qərbdə və şərqdə yayılan bu kitab gözlənilən nəticəni vermədi. Bu kitabla heç nəyə nail olunmadı və o tezliklə unuduldu. Təəccüblü burasıdır ki, bəzi qərb yazarları Morisin kitabına rəddiyyələr yazarkən bu kitab daha çox oxunmaqda və onun vasitəsi ilə daha çox insanlar müsəlman olmaqda idilər. Kitabının müqəddiməsində Moris yazırdı: “Quranın fənn elmləri barədə söylədiklərinə nəzər saldım və məni dəhşət bürüdü. Həmin günə qədər tədqiqatını apardığım bir çox elmi məsələlərin Quranda necə yüksəklərə çatdığının şahidi oldum. 13 əsr bundan əvvəl nazil olmasna baxmayaraq Quran müasir elmə işıq salmaqdadır.”
İstər Fironunn cəsədi, istərsə də digər məsələlərdə Quranın çartdırdıqları öz elm və hikməti ilə bu kitabın Allahdan gəldiyini sübut etməkdədir. “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.” (Nisa, 82).
———–
Seymur Faradjev