İxlas elə bir şeydir ki, hər şeyi öz yoluna qoyur!
İnsan öz Rəbbinə qarşı səmimi olduğu və tam bir təslimiyyət göstərdiyi zaman, qəlbi möhkəmlənir, habelə daxili rahatlığı əldə etmiş olur. “Bir qul ixlaslı olduğu zaman vəsvəsə və riya onu tərk etməyə başlayar.” (əd-Dərani) Dünyavi və mənəvi həyatını Allahın razılığını qazanmaq (ixlas) üçün yaşayan, bütün işlərini Allaha həvalə edərək, Ona güclü şəkildə təvəkkül etdən kəs – şeytanın musallat olmasına və insanın üzərindəki əzabı gərəkdirən hökmranlığına əngəl olur. Uca Allah, peyğəmbəri olan Hz. Yusuf (aleyhissalam) haqqında xəbər verərkən, buna işarə etmişdir:
“Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusuf da) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (çirkin əməli/zinanı) ondan sovuşdurduq. O, həqiqətən, Bizim sadiq/ixlaslı bəndələrimizdəndir!” (Quran, 12/24)
Qul, haqqa yaxın olaraq yaşadığı, habelə dinini xalis olaraq Rəbbinə aid etdiyi zaman, bu, onun ixlasına zidd olan əməl etməsinə mane olacaqdır. Bu ixlası reallaşdırmadığı və fitrətin gərəkdirdiyi formada saleh əməl etmədiyi zaman isə, bunun əksi ilə cəzalandırılar. Bunun əksi – Allahın yardımının gəlməməsi və bəndənin öz nəfsiylə baş-başa, çarəsiz qalmasıdır. Cəzası – şeytanın ona musallat olmasıdır. Beləliklə də şeytan, pis əməlləri onun üçün bəzəyərək gözəl göstərir. Allahdan qorxmayan və ixlaslı olmayan kəs üçün cəza olaraq şeytan ona ancaq günah ilham edərək, Allahdan uzaq düşmüş qəlbini günaha doğru daha da çevirər. Zəif və ixlassız qəlb isə, təbii ki, buna tab gətirməz, Allahın yardımı olmadığı üçün günah ardıyca günaha doğru üz tutar və bunu tərk etməkdə çox çətinlik çəkər. (Hərrani, Aməlul-Qulub)
Bəzi elm adamları ixlasa belə tərif vermişlər: “İxlas – qulun öz əməlinə şahid olaraq Allahdan başqasını istəmədiyini, əməlin mükafatını da Allahdan başqasında axtarmadığı bir haldır.”(Mədəricus-Səlikin, 2/92)
Ayxan Yaquboğlu
“Həyatı dəyişdirəcək – dua və zikrlər” kitabından alıntı