media-img_1411

İkinci İslam xəlifəsi Ömər b. Xəttab bir gün Mədinə bazarında gəzərkən, bir qocanın insanlardan kömək istəyərək yalvardığını görür və ona yaxınlaşaraq kim olduğunu soruşur.

Qoca kişi “mən yəhudiyəm, insanlardan sədəqə istəyirəm ki, sənə olan xəracımı (vergini) ödəyim, qalanını isə, ailəmə sərf edim.”

Bu hala kədərlənən Ömər belə buyurdu :
“Cavanlıqda səndən xərac aldıq, qocalanda isə (yaddan çıxarıb) itirdik səni..”

Sonra xəlifə Ömər həmin yəhudinin əlindən tutaraq evinə aparır və ona yemək ikram edir. Sonra isə, dövlət xəzinəsinə adam göndərir və ona belə tapşırıq verir:

“Bu adam və onun halında olanları təsbit et və onlarla bərabər ailələrinin də təminatını artıracaq şeylər et.”

Bundan sonra müsəlmanların xəzinəsindən (beytul-maldan) həmin adama və ailəsinin dolanışığını təmin edəcək aylıq maaş ayırdı və onun üçün cizyəni (vergini) həmişəlik dayandırdı.

Hz. Ömər ahıllıq yaşına çatmış, habelə qocalığa çata bilməyən səhabələrə, ömürlərinin sonuna kimi xəzinədən maaş (təqaüd) ayırmaqla eyni şeyi etdi..

 

 

Əhkəmu əhliz-Zimmə, İbn Qayyim

Bənzər Məqalələr