MÜSƏLMAN HƏYATINDA İBADƏTLƏRİN İZİ( III- HİSSƏ)
Allah sübhənahu və taala Nuh və onun qövmü haqqında belə danışır: “Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O sizə göydən bol yağış göndərər”. Bütün bunlar ibadətin təsirindən yaranır. Buradakı ibadət bağışlanma diləməkdir. Bu ibadətin buraxdığı iz isə ayədə göstərildiyi kimi, göydən bol yağışın endilirməsi, mal-dövlət, oğul-uşaq əta edilməsi, bağ-baxçaların yaranması və çayların axması oldu.
Aşağıdakı ayədə isə uca Allah Hud və onun qövmünü xatırlayaraq buyurur: “Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın”.
Uca Allah bizim peyğəmbərimiz Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) və onun qövmünü də xatırlayaraq Quranda belə buyurur: “Rəbbinizdən bağışlanma diləyin, sonra da ona tövbə edin ki, sizə bəlli bir vaxta kimi xoş həyat bəxş etsin və hər bir fəzilət sahibinə fəzilət əta etsin!”
Başqa bir ayədə izzət və cəlal sahibi Allaha buyurur: “Mömin kişi və ya qadınlardan hər kim saleh bir əməl edərsə, biz onu gözəl həyatla yaşadarıq və etdiyi əməllərdən daha gözəli ilə mükafatlandırarıq”. Bu ayədə bildirilir ki, iman və saleh əməl nəticəsində insan təqva, Allaha və Onun rəsuluna (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) itaətlə dolu xöşbəxt bir həyata nəsib olar. Axirətdə isə Rəbbi tərəfindən bol-bol mükafatlandırılar.
Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) təmiz süünəsində də ibadətlərin müsəlman həyatında buraxdığı izləri bəyan həidslər varid olmuşdur. Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) İbn Abbasa (Allah ondan razı olsun) verdiyi əzəmətli və dəyərli tövsiyəsi ən gözəl misaldır: “Allahı qoru ki, O da səni qorusun! Allahı qoru ki, Onu qarşında görəsən…!” (Hədisi Tirmizi rəvayət etmiş (2516) və onun “Həsən-səhih” olduğunu qeyd etmişdir. )
İmam Əhmədin rəvayətində isə belə qeyd edilir: “Allahı qoru ki, O da səni qorusun! Allahı qoru ki, Onu qarşına tapa biləsən! Bolluqda onu xatırla ki, sıxıntı da O da səni xatırlasın!”(İmam Əhməd “Qırx peyğəmbər hədisi”ndən on doqquzuncu hədisdir. (2803))
Hafiz İbn Rəcəb “Camiul ulum val hikəm” adlı kitabında İmam Əhmədin gətirdiyi bu hədisi şərh edərək oradan bəzi faydalar çıxartdığını bildirir: “Qul izzət və cəlal sahibi olan Allahı qoruyarsa, Allah ona iki şəkildə qoruyar. Birincisi, Onun sağlığını, malını, ailəsini və övladlarını, eyni zamanda dində ona gələn azğış şübhələri dəf edər və onu dini və dünyəvi işlərdə doğru yola istiqamətləndirər. Bu, Allahın Onu qoruyan qulları qoruma formasıdır. Qul isə Allah taalanı Onun qanunlarına, əmr və qadağalarına riayət etməklə qoruya bilər. Allah Onu qoruyan qullarına əməlləri müqabilində mükafat bəxş edər.
Allah taalanın öz qulunu qoruması mükafatdır. Bu da yalnız saleh əməl müqabilində qazanılır. “Allahı qoru ki, Onu qarşına tapa biləsən!” Yəni görəcəksən ki, Əziz və Cəlil olan Allah səni himayə edəcək, hər cür pislikdən qoruyacaq. “Bolluqda onu xatırla ki, sıxıntı da O da səni xatırlasın!” Yəni, sən sevinc və bolluq anında Allah və rəsulunun (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) itaətinə bağlansan, uca Allah səni düşdüyün çətinlik və sıxıntılı anlarında qorumaqla sənə mükafat bəxş edər.
Bolluqda Allahı xatırlayanların çətinlikdə Allah tərəfindən xatırlanmalarını gecəni mağarada keçirməyə məcbur olan üç nəfərin hekayətində aydın şəkildə görmək mümkündür. Belə ki, mağaranın girişinə qaya parçarı düşdüyünə görə onlar mağaradan çıxa bilmirdilər. Onlar diri ola-ola sanki, qəbrə gömülmüşdülər. Aralarında qərara gəldilər ki, Allah taalanın onları xilas etməsi bir səbəbdən asılı ola bilər. Ona görə də bu sıxıntılı anlarında Allah taalaya təvvəssül etmək üçün bolluq anında etdikləri saleh əməlləri yadlarına salmağa başladılar. Birincisi, valideynlərinə etdiyi yaxşılıqla, ikincisi, zina etmək imakanı olduğu halda onu tərk etməklə, üçüncüsü isə öz işçisinin əmək haqqını almadan çıxıb getməsinə baxmayaraq onu qoruyub saxladığını və qayıdınca artıqlaması ilə ona qaydardığını xatırlamaqla Allaha təvəssül etdilər. Onların hər biri sıxıntısız anlarında Allah üçün etdikləri əməlləri xatırlayaraq Allaha təvvəssül etdilər. Allah da həmin qaya parçasını mağaranın girişindən götürdü və onları xilas etdi.(Üç nəfərin əhvalatı haqdakı hədisi Buxari (2215) və Müslim (2743) Abdullah bin Ömərdən (Allah ondan və atasından razı olsun!) rəvayət etmişlər)
Həmçinin, namaz, zəkat, oruc və həcc də ibadətlərdir. Onların hər biri müsəlman həyatında xoş anların yaranmasına səbəb olur.
Namaz İslamın dirəyidir. O, insanı pis və mundar işlərdən çəkindirir. Namaz qulla Rəbbi arasındakı möhkəm əlaqədir. Namazların məscidlərdə camaatla qılınaraq qorunması isə Allah taala ilə olan əlaqəni daha da gücləndirir. Çünki, qul gecə və gündüz hər zaman Allahla təmasda olur, Allahın vacib bildiyi beş vaxt namazı və nafilə namazlarını qılır. İzzət və cəlal sahibi olan Allah da qulunun etdiyi bu ibadətə görə ona mükafat verir. Belə ki, onu pis və mundar işlərdən çəkindirir. Bəs, niyə namaz qılınır? Namaz nəyə görə lazımdır? Insan Allahın verəcəyi makafata ümüd edərək və Onun dərgahında olan əzabdan qorxaraq namaz qılar. Namaz da bu dünyada onu pis və mundar işlərdən uzaqlaşdırar. Allah taala buyurur: “Namz qıl! Həqiqətən, namaz pis və fahiş işlərdən çəkindirər”.