Namaz qıldığı zaman ağlamaq namazı pozurmu?
Əgər namaz əsnasında ağlamaq – Allah qorxusundan, axirət məsələlərinə görə, Quranda keçən vəd və təhdid ayələri üçün olarsa, o zaman namaz batil olmaz. Lakin namazda ağlamaq – başına gələn müsibəti xatırlamasına görə və yaxud ona bənzər şeylərə görə olarsa, namaz batil olar. Çünki, bu cür ağlamaq namazdan kənar bir hadisəyə görə baş vermişdir. Ona görə də insan öz nəfsini bu cür ağlamağa görə müalicə etməlidir ki, namazının batil olmasına səbəb olmasın. Şəriət insana – namaza bağlı olmayan şeylərə əhəmiyyət verməməsini əmr etmişdir. Bu səbəbdən də o, başqa şeylər barədə fikirləşməməlidir. Çünki namaz qıldığı zaman namaza bağlı olmayan şeylər barəsində fikirləşmək həmin namazı çox naqisləşdirir.
Useymin, Fətəva Nurun aləd-Dərb (9/141)