media-img_2537
Hər insan öz həyatını xoş, gözəl xatirələrlə, sağlam və pozitiv şəkildə yaşamaq istəyər. Təbii ki, bu hər bir insanın haqqı və arzusudur.
Ana bətnindəki uşağa qulaq, göz və burun lazım deyil, çünki orada onların heç birindən istifadə edib yararlana bilmir. Lakin, həmin orqanlar onu – ana bətnindəki qaranlıqdan sonra yeni, tam fərqli bir həyatın gözlədiyinə və onları da orada istifadə edəcəyinə bir sübut, bir işarədir. Eləcə də, bir insan nəfs daşıması və nəfsin arzularının sonsuz olması da buna misaldır. Bu nəfsi arzular boşuna yaradıla bilməz. Deməli, bu dünyadan sonra sonsuz, əbədi gözəlliklər var ki, əslində insanın arzuladığı da elə budur… Nəfsin saysız-hesabsız arzuları da ölümdən sonra əbədi/sonsuz bir həyatın olacağına və bu arzuların orada reallaşa biləcəyinə bir işarədir, bir sübutdur. Yaşadığımız dünya həyatının imkanları isə, bu saysız-hesabsız, bəzən isə “fantastik” olan arzu-istəklərimizi bizə verməyə qadir deyil.
İnsan bəzən unudur ki, bu dünyada təkcə xoş günlər deyil, çətinliklər də olmalıdır. Bu düşüncədən uzaq düşüb, daim bu dünyada “cənnət” yaşamaq istədikdə, sıxıntılar zamanı insan yaralanır və unudur ki, əslində, bu dünya bir imtahan dünyasıdır, müvəqqətidir. Bu dünyada heç bir şey təsadüfi deyil.
İbn Qayyim belə demişdir:
“İnsan doğulduğu andan etibarən artıq səfərə çıxmışdır. “İnsan doğulduğu andan etibarən artıq səfərə çıxmışdır. Bu çıxdığı səfər ya (etdiyi gözəl əməllərə görə) əbədi olaraq qalacağı cənnətdə ya da cəza olaraq düşəcəyi cəhənnəmdə sona çatacaq. Hər ağıl sahibi bilir ki, çətinliklər olmadan səfər olmaz. (Yəni, səfərin mütləq çətinlikləri, məşəqqətləri olur) Buna görə də, əgər insan bu dünya səfərindən rahatlıq gözləyirsə, daim gözəlliklər gözləyirsə, o, yanılır. Allaha həqiqi mənada iman etmiş insanın rahatlığı yalnız səfər başa çatdıqdan sonra olacaq…”
Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_1833

Uca Allah insan ömrünün dəyərini – Onun sevib razı qaldığı kimi yaşamağa bağlamışdır. Buna görə də, inkarçı kafirin diri deyil, ölü olduğunu bildirmişdir: أَمْوَاتٌ غَيْرُ أَحْيَاءٍ “Onlar ölüdürlər, diri deyillər…” […]
Daha ətraflı