featured-image-3434

Ərəb ölkələrinin birində olmuş hadisə

Dostum yandı.

Əbu Abdullah adlı bir qardaş danışır:

– “Bu hekayə bir müddət əvvəl yaşadığım və həyatımın gedişini bütünlüklə dəyişən bir hekayədir.
Biz üç dost idik. Avaralıq və tənbəllik bizi bir yerdə saxlayırdı. Xeyr, xeyr ! Dörd dost idik. Dördüncümüz şeytan idi. Günlərimiz qızlarla bir yerdə əylənməklə keçirdi.

Bəli…
Günlərimiz və gecələrimiz beləcə keçirdi, əkin sahələrində, çadırlarda, sahildə və avtomobillərdə… Ta ki, əsla unutmayacağım o gün gəlib çatanadək…

Hər zamankı kimi hər birimizin yanında bir qız əkin sahəsinə getdik. Hər şey hazır idi. Lənətə gəlmiş içki… Amma özümüzlə yemək götürməyi unutmuşduq. Bir az sonra dostum avtomobili ilə axşam yeməyi almağa getdi. Çıxarkən saat təqribən altı olardı. Bir saat keçdi gəlmədi, iki saat keçdi qayıtmadı. Saat on olanda narahat oldum və maşınımla onu axtarmağa getdim. Bir az getdikdən sonra, qarşıda alov şölələndiyini gördüm. Çatarkən dəhşətə gəldim, çünki böyrü üstə aşmış yanan maşın dostumun maşını idi. Tələsik yüyürüb onu yanan maşından çıxarmağa çalışdım. Bədəninin yarısının kömür olduğunu görərkən özümü itirdim. Fəqət o hələ də yaşayırdı. Onu çıxartdım. Bir az sonra gözlərini açdı və dedi: “Yanğın, yanğın!”
Onu xəstəxanaya çatdırmağa tələsirdim. Amma ağlamsınmış səslə belə dedi: “Faydası yoxdur, onsuzda çatmayacağam.”
Göz yaşları məni boğdu. Dostum gözüm önündəcə həyatdan gedirdi. Nə edəcəyimi bilmədən, sükut içində dayanmışdım. Birdən bu sükutu can üstə olan dostumun bağırtısı pozdu:
– “Axı Ona nə deyəcəyəm? Ona nə deyəcəyəm?”
Dəhşət içində ona baxıb soruşdum:
– “O kimdir?”
Dostum son nəfəsini toplayıb, sanki dərin bir quyudan gələn səslə: “ALLAH” dedi.

Bu dostumun son nəfəsi və dilindən çıxan son söz idi. O canını tapşırdı. Mənim isə bütün vücudum titrəməyə başlamışdı. Bu son söz qulağımda əks-səda verirdi.

Günlər keçdi. Amma ölən dostum, o gün gözümün qabağından çəkilmirdi. Alov onu udmuşdu, o isə hayqırırdı: “Ona nə deyəcəyəm, Ona nə deyəcəyəm?”.

Eyni sualı məndə öz-özümdən soruşdum: “Bəs mən… Mən Ona nə deyəcəyəm?” Gözlərim doldu. Qəribə bir hiss keçirdim və həmin an sübh azanı verən müəzzinin səsini eşitdim: “Allahu Əkbər, Allahu Əkbər, Əşhədu ənlə iləhə illəllah, Əşhədu ənnə Muhəmmədən Rasulullah”
Və bu an anladım ki, bu sözlər həyatımın əvvəlki dövrünə pərdə çəkmək üçün mənə edilən bir dəvətdir. Məni nur və hidayət yoluna dəvət edirdi. Yuyunub, dəstəmaz aldım, bədənimi uzun illər saran bu pislikdən təmizlədim və namaz qıldım. O gündən bəri bir dəfə də olsun fərz namazı qaçırmadım. Əlhəmdulilləh.
Ömürlər Allahu təalənin əlindədir…

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı