featured-image-1464

Ummu Atıyyə (Allah ondan razı olsun!) deyir ki, beyət zamanı peyğəmbər (s) bizə beş qadının vəfatı səbəbiylə fəryad qoparıb ağlamağı yasaqladı. (Buxari 2/87 Müslim 2/645 Bax; “əl-Lulu val Mərcan” 1/188)

Əbu Malik əl-Əşari (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir: “Mənim ümmətimdə dörd şey cahiliyyə əlamətlərindəndir ki, onu hələ də tərk etməyiblər: hörməti olmaqla fəxr etmək, nəsil-nəcabətə tənə etmək, ulduzlardan yağmur endirməsini diləmək və ah-nalə qoparmaq. ah-nalə qoparan ölməmişdən əvvəl tövbə etməsə, Qiyamət günü əynində qətrandan libas, günahdan zireh olacaq”. (Müslim 2/644)
Ibn Məsuddan (Allah ondan razı olsun!) rəvayət olunur ki, peyğəmbər (s) belə buyurur: “Yanaqlarına vuran, üst-başını cıran və cahillik adətləri ilə çığır-bağır salan bizdən deyil”. (Buxari 2/83 Müslim 1/99 Bax; “əl-Lulu val Mərcan” 1/19)

Bənzər Məqalələr