İFTARA QƏDƏR ZAMANI YATARAQ KEÇİRMƏK ORUCU POZURMU?
Oruc tutulan günün çox hissəsini yataraq keçirmək, günahdırmı?
Müsəlman şəxs, əgər vacib olan namazları vaxtında qılırsa, ona günah yoxdur. Xüsusən də əgər insan yorğun və halsızdırsa, bu halda oruc(un savabın)a mənfi təsir göstərməz.
Lakin o, “orucluyam, yatım, vaxt getsin” düşüncəsinə uyğun hərəkət etməklə, özünü çoxlu xeyirdən məhrum etmiş olacaq. Çünki, oruc tutan insan – namaz qılmalı, zikr, dua etməli və ya Quran oxumalıdır ki, orucla bərabər müxtəlif ibadətləri də cəm edərək, daha çox savab qazansın. Orucun əsl məqsədi də, məhz elə budur. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırarsa, həmin əməlləri etmək, başqa vaxtlarda onun üçün daha rahat və asan olacaqdır. Ramazan məktəbi – məhz buna deyilir..
Lakin əgər o, öz nəfsini tənbəlliyə, halsızlığa və rahatlığa öyrəşdirərsə, o halda başqa əməllər və ibadətlər ona daha da çətin gələcək. Bu səbəblə də, belə bir insana tövsiyə olunur ki, oruclu vaxtını yatmağa deyil, ibadətə, Quran oxuyaraq, onun mənaları üzərində düşünməyə sərf etsin. Allaha şükürlər olsun ki, O – bizə günümüzdə orucun çətinliyini azaldan –əvvəlki dövrlərdə olmayan- bir çox digər nemətlər vermişdir.
Hazırladı: Ayxan Yaquboğlu
Məşhur alim Saleh Useyminin sözlərindən istifadə olunmuşdur.
ƏLAVƏ OLARAQ OXU: ORUC – TƏKCƏ MƏDƏ’NİN AC QALMASI DEYİL! (oxumaq üçün buraya tıkla 👈🏻)