Övladını dinimizə uyğun şəkildə tərbiyə etmək istəyirsənmi? O zaman:

 

✔️ Övladının saçını darayanda, ona xəbər ver ki, peyğəmbərimiz (ona salam olsun) belə buyurmuşdur: “Saçı olan, ona xidmət eləsin..” (Sahih Cami, 6493)

 

✔️ Övladına ətir vuranda ona xəbər ver ki, peyğəmbərimiz bunu çox sevərdi.
O (ona salam olsun) buyurmuşdur: “Dünyanızdan mənə ətir və qadınlar sevdirildi. Namaz isə, gözümün nuru edildi.” (Mişkətu Məsabih, 5189)

 

✔️ Övladını məktəbə apararkən, ona xəbər ver ki, Həzrəti Məhəmməd belə buyurmuşdur: “Kim elm yolunu tutarsa, Allah cənnətə gedən yolları onun üçün asanlaşdırar”. (Sahih Muslim, 2699)

 

✔️ Övladının üzünə təbəssüm elədikdə, ona xəbər ver ki, əziz peyğəmbərimiz belə buyurmuşdur: “(Din) qardaşının üzünə təbəssüm etmən – sədəqədir”. (Sahih Cami 2908)

 

✔️ Övladını təriflədikdə ona xəbər ver ki, Allahın elçisi (ona salam olsun) belə buyurmuşdur: “Gözəl söz demək -sədəqədir”. (Sahih İbn Hibban, 472)

 

✔️ Övladına öz yeməyindən ikram etdikdə, ona xəbər ver ki, peyğəmbərimiz belə buyurmuşdur: “Öz qabından, qardaşının qabına su tökməyin – sədəqədir”. (Sahih Cami, 2908)

 

✔️ Böyüklərin məclisində olanda övladından, onlara hörmət etməsini tələb et və ona başa sal ki, biz bununla öz peyğəmbərimizin (ona salam olsun) tövsiyyəsinə əməl edirik. O, belə buyurmuşdur: “Kiçiklərimizə rəhm etməyən və böyüklərimizə hörmət etməyən bizdən deyildir!”. (Sahih Tirmizi, 1919)

 

 

 

 

Müəllif: Muhəmməd Bəzmul
Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

İlahi bərəkətin yer üzünü bürüdüyü bu mübarək ay, möminlər üçün qazanclı bir fürsətdir. Başda Aişə anamız olmaqla, səhabələrin dediklərinə əsasən, Peyğəmbərimiz bəzən Şəban ayının əksər günlərini oruclu halda keçirərdi. Hz. Aişə […]
Daha ətraflı