PEYĞƏMBƏR (SAV)-İN DUASI VƏ ZİKRİ
O, uca Allahı zikr etmədən, Ona həmd etmədən, Ondan məğfirət diləməkdən, Ona dönmədən bir an belə buraxmazdı. Onun keçmiş və gələcək günahları bağışlanmaqla bərabər o, çox şükr edən, çox həmd edən bir Peyğəmbər idi. Rəbbini haqqı ilə tanımış, Ona həmd etmiş, Ona dua etmiş, Ona yönəlmişdir.
Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm -Rəbbini hər bir an zikr edərdi1. Möminlərin anası ummu Sələmə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm -in ən çox etdiyi dua: «Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində sabit et!»2. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Allaha tövbə edin. Mən gündə 70 (bir rəvayətdə: 100) dəfə Allahdan bağışlanma diləyirəm»3. Peyğəmbər – sallallahu aleyhi və səlləm – rahatlıqda da, çətinlikdə də Rəbbinə dua edərdi. Özü üçün, ailəsi, dostları və bütün müsəlmanlar üçün dua edərdi.
1Müslim.
2Tirmizi.
3Buxari, Müslim.
Hazırlayan:
Kamal Hüseyn