media-img_9764

Bir gün Allahın elçisisəhabələrinin yanına gəldi.. Onun üzərində qüslun əlaməti var idi, rahat və əhval-ruhiyyəsi də yaxşı idi… Sonra səhabələr var-dövlət barədə söhbət açdılar. O dedi: “Allahdan qorxan insanın var-dövlətli olması ayıb deyil. Lakin, sağlamlığı mal-mülkündən daha xeyirlidir. Əhval-ruhiyyənin yaxşı olması isə, nemətdir.” (İbn Macə 2141, Əhməd 5/272,381)

“Burada Peyğəmbərimizinəhval-ruhiyyənin nemət olduğunu ayrıca qeyd etməsi, bunun sağlamlıq və zənginliyə aidiyyatı olmadığına dəlalət edir. Əhval-ruhiyyəni daima yaxşı et, sən nikbin və gümrah ol! Uca Allahın istədiyi olacaqdır..”

(Salehlər bağçasının şərhi, 4/87)

Qəlb rahatlığı hər kəsdə olmayan bir nemətdir. Allahı yad/zikr etdikcə isə, bu nemət daha çoxalır.

Lakin Allahdan qorxmayan kəslərin varlı olmaları, habelə sağlam və ya yüksək əhvalda olmaları – onlar üçün bir bəladan başqa bir şey deyildir.

Əgər bunlar Allahdan qorxub, ona uyğun bir həyat yaşayan kimsəyə uğur qazandırmış olsaydı, Qarun uğur qazanardı. Lakin, Uca Allah onu var-dövləti ilə birlikdə yerlə-yeksan etdi.

Nankor insanlar da belədir – özündən yuxarı dolanışıqlı insanlara baxaraq, onlar kimi olmağı təmənna edir və əhvallarını pozurlar. Allahın onlara verdiyi nemətləri layiqincə dəyərləndirmir, giley-güzar edərək yaşadığı günü kəm xəyallarına qurban verirlər.
(Qasas surəsinin 76-83-cü ayələrinin təfsirindən)

 

 

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı