media-img_9959

Qur’anı sadəcə oxumaqla qalmayıb həm də yaşayan xeyirli nəsil..

 

Səhabələr, Allahın Elçisi Muhəmmədin (ﷺ) rüşvət və qülul (mənimsəmə) barəsindəki əmrlərini daim diqqətdə saxlayır, bu kimi hallardan uzaq dururdular. Allahın Elçisinin (ﷺ) Xeybər yəhudilərinə bağ və bağça məhsullarından alınan illik vergini toplamaq üçün göndərdiyi Abdullah ibn Rəvahənin (r.ə) rastlaşdığı bir hadisə buna nümunədir.

Xeybər yəhudiləri ona bahalı bir qızıl ziynət əşyasını təklif edərək – “Bu sənindir, bunu al və bizim yükümüzü biraz azalt, miqdarı hesablayarkən bizim üçün bəzi şeylərə göz yum” deyəndə Abdullah ibn Rəvahə (r.ə) onlara belə cavab vermişdi:
(يَا مَعْشَرَ الْيَهُودِ إنَّكُمْ لَمِنْ أبْغَضِ خَلْقِ اللّهِ تَعالى إلىَّ. وَمَا ذَاكَ بِحَامِلِى عَلى أنْ أحِيفَ عَلَيْكُمْ. وَأمَّا مَا عَرَضْتُمْ عَلىَّ مِنَ الرِّشْوَةِ فإنَّهَا سُحْتٌ وَإنَّا َ نَأكُلُهَا)
– “Sizlər mənə Allahın yaratdıqlarının ən sevimsizləri olmağınıza baxmayaraq mənim sizə zülm edəcəyimdən narahat olmayın. Bu təklif etdiyiniz isə rüşvətdir və Allah onu yeməyi bizə haram buyurmuşdur”.
(Malik ibn Ənəs, “Muvatta‘”, Müsaqat, 2; Əbu Davud, “Sünən”, Buyu‘, 36).
_______________
– “Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qövmə (topluluğa) olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır” (Maidə surəsi .8.).
– “Bir-birinizin malını aranızda haqsızlıqla yeməyin və insanların malından bir qismini bilə-bilə günah yolu ilə yemək üçün onu hakimlərə (rüşvət olaraq) verməyin!” (Bəqərə surəsi 188)

 

Dosent Elnur Nəsirov, “İslam Tarixi I”, səhifə 256.

Bənzər Məqalələr