featured-image-903

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Mənim isimlərim var. Mən MƏHƏMMƏDƏM, mən ƏHMƏDƏM, mən MƏHİ(məhv edici) Allah mənimlə küfrü məhv edər. Mən HƏŞİRƏM insanlar mənim ayaqlarımın izi ilə həşr olunurlar.

. Mən AKİBƏM. Akib isə məndən sonra Peyğəmbər göndərilməməsidir”1. Bu adlardan başqa: MUXTAR (seçilmiş), MUSTAFA (arındırılmış), ŞƏFİ (şəfaət edən), MUŞƏFFƏ (şəfaət etdirilən), SADİQUL-MƏSDUQ (doğru söyləyən və sözü doğrulanan) İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, “doğru sözlü və sözü doğrulanan Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu…”2, FATİH (fəth edən), KUSAM (toplayan, birləşdirən, mükəmməl), MUQAFFİ (özündən əvvəl gələn Peyğəmbərlərin izini silən, sonuncu mənasındadır), NƏBİY TÖVBƏ (tövbə Peyğəmbəri), NƏBİY MULHAMƏ (Allah düşmənləri qarşı cihad üçün göndərilən), MUTƏVƏKKİL (sadəcə Allaha təvəkkül edən)3, BƏŞİR (itaət edəni müjdələyən, asi olanı cəza ilə qorxudan), RAUF (çox şəfqətli), RAHİM (çox mərhəmətli). «Qurani Kərimdə keçən adlardan: ŞAHİD, MUBƏŞŞİR (müjdəliyən), SİRAC, MUNİR, SEYYİDİ VƏLƏDİ ADƏM (Adəm övladlarının seyyidi)*, RAHMƏ (rəhmət), NİMƏ (nemət), HADİ (doğru yola yönəldən), ƏMİN (güvənilir), Qureyş onu Peyğəmbərlik verilməmişdən qabaq da bu adla çağırırdı, MUZƏMMİL (örtüyünə bürünən), MUDƏSSİR (paltarına bürünən), DAİLALLAH (Allaha dəvət edən) və s. Ibn Dihyə – rahmətullahi aleyhi -deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in adlarının sayı Uca Allahın adlarının sayı qədər doxsan doqquzdur»5. İmam Zəhəbi – rahmətullahi aleyhi – deyir ki: «Onun adları arasında DAHUQ (gülər üz) və KATTAL (çox savaşan) adları da vardır». Əli – radıyallahu anhu – deyir ki: Allah onun üstünlüyünü ortaya qoymaq üçün ona öz adından törəmə bir ad qoydu: “Ərşin sahibinin adı MAHMUD, onun adı isə MUHƏMMƏD”6.

1Buxari, Müslim.
2Buxari, Müslim.
3Buxari 8/450 Fəth surəsinin təfsiri.
4Buxari 8/300, Müslim «İman» 194/2278.
5əl-Fəth 6/643,644.
6Zəhəbi «Siyer» 2/10: Bu adlar üçün Səhih Müslimə bax: 2354,2355.

Hazırlayan:
Kamal Hüseyn
www.islamevi.az

Bənzər Məqalələr