PEYĞƏMBƏR (sav) ÖVLADLARINI TANIMAQ
İyirmi beş yaşında ticarət məqsədi ilə Şama səfər edir. Qayıtdıqdan sonra Xuveylidin qızı Xədicə – radıyallahu anhə – ilə evlənir. Mehiri 10 cavan dəvə, bir rəvayətə görə isə 6 cavan dəvə idi
İlk zövcəsi Xədicə b. Xuveylid b. Əsəd b. Abdiluzzadır. Peyğəmbər – sallallahu aleyhi və səlləm
-onunla 25 yaşında evlənir. Xədicə – radıyallahu anhə – nin isə 40 yaşı var idi. Xədicə – radıyallahu
anhə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən qabaq Atik b. Aiz əl-Mahzumi ilə evlənmiş o,
öldükdən sonra isə Əbu Halə əl-Teymi ilə evlənmişdir və bir uşağı olduqdan sonra o, da vəfat
etmişdir. Xədicə – radıyallahu anhə – hicrətdən 3 il əvvəl, bəzi rəvayətlərə görə 1 il əvvəl vəfat
etmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – o, ölüncəyə qədər başqa bir qadınla
evlənməmişdir. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və
səlləm – in İbrahimdən başqa bütün övladları bu qadından olmuşdur. Birinci oğlu QASIM
Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə peyğəmbərlik verilməmişdən qabaq dünyaya gəlir və 2
ay yaşadıqdan sonra vəfat edir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun adı ilə
kunyələnərək Əbul Qasım (Qasımın atası) deyə çağrılırdı. Ənəs – radıyallahu anhə – rəvayət edir
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bazarda bir nəfərin başqasma: «Ey Əbul Qasım!»
deyərək səslədiyini eşitdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – o, tərəfə baxaraq: «Mənim
adımı götürün lakin mənim kunyəmlə kunyələnməyin» deyə buyurdu1. İbn Həcər Bağavi –
rahmətullahi aleyhi – deyir ki: «Bu ixtilaflı məsələdir və bu haqda bir neçə görüş vardır. Bəzilərinə
görə bu qadağa yalnız onun yaşadığı dövrə aiddir, bəziləri də deyirlər ki, iki adı da birdən
götürmək qadağandır (Həm Məhəmməd, həm də Əbul Qasım kunyəsini)»2. İkinci oğlu
ABDULLAHDIR. TAHİR və TAYYİB olaraq da adlandırılmışdır. Bəziləri də qeyd edirlər ki,
bunlar başqa övladlarıdır. Lakin doğru olan birincisidir. Peyğəmbərlikdən sonra dünyaya
gəlmişdirlər. Üçüncü oğlu İBRAHİMDIR. Hicri 8-ci ildə Mədinədə dünyaya gəlmiş və hicri 10-cu
ildə 17 və ya 20 aylıq ikən vəfat etmişdir. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – oğlu İbrahim öldüyü zaman buyurdu: «O, körpə ikən öldü. Onun
Cənnətdə iki süd anası vardır. Onlar onun südünü iki ilə tamamlayacaqlar. Çünki o, mənim
oğlumdur»3. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında günəş tutuldu. İnsanlar:
«Günəş İbrahimin ölümünə görə tutulmuşdur» dedilər. Peyğəmbər: «Həqiqətən günəş və ay
Allahın rəmzləridir. Onlar heç kəsin ölmünə və ya doğulduğuna görə tutulmurlar…»4. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in 4 qızı olmuşdur. ZEYNƏB – radıyallahu anhə. Onunla Halə b.
Xuveylidin oğlu Əbul As b. Rəbi b. Abduluzza b. Abduşşəms evlənmişdir. FATİMƏ – radıyallahu
anhə. Onunla Əli b. Əbu Talib – radıyallahu anhu – evlənmişdir. Övladları: Həsən, Hüseyn,
Zeynəb, Ümmu Gülsüm – radıyallahu anhum.. RUQİYYƏ və UMMUGÜLSÜM – radıyallahu
anhum. Bu ikisi ilə Osman – radıyallahu anhu – evlənmişdir. Əvvəlcə Ruqiyyə ilə evlənmiş, onun
ölümündən sonra Ummu Gülsüm ilə evlənmişdir. Hər ikisi də onun nigahı altında vəfat edir. Buna
görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – Osman – radıyallahu anhu – nu ZİNNUREYN
(iki nur sahibi) olaraq adlandırmışdır. Ruqiyyədən olan övladı: Abdullah. Hicrətin 2-ci ilində
Ramazan ayında Bədr günündə vəfat etmişdir. Ummu Gülsüm isə hicrətin 9-cu ilində Şaban ayında
vəfat etmişdir. Fatimə – radıyallahu anhə – dən başqa bütün övladları Peyğəmbərdən əvvəl vəfat
etmişlər. Yalnız Fatimə – radıyallahu anhə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən 6 ay
sonra vəfat etmişdir5.
1Buxari 6/647.
2Fəthul Bəri 6/648.
3Müslim2316.
4Buxari, Müslim.
5İbn Həzm «Cəvamius Sıra» 40, Təhzibul Əsmə vəl Luğət 1/26.
Hazırlayan:
Kamal Hüseyn
www.islamevi.az