featured-image-964

Peyğəmbər – sallallahu aleyhi və səlləm -in qonşuluğu nə qədər də gözəl idi. Peyğəmbər -sallallahu aleyhi və səlləm – Əbu Zərr – radıyallahu anhu – tövsiyəsində buyurur: «Ey Əbu Zərr, sən sulu yemək bişirəcək olsan suyunu çox et və qonşuna da ver» deyə buyurdu (Müslim).

Əbu Şureh -radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz!». Səhabələr: «Kim, Ey Allahın Rəsulu!» deyə soruşdular. Peyğəmbər: «Qonşusu şərindən əmin olmayan kimsə» (Fəthul Bəri 10/443). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə girməz» (Buxari «Ədəbul Mufrad» 121).

Bənzər Məqalələr