PEYĞƏMBƏR (SAV)-İN SİLAHLARI VƏ MİNİKLƏRİ
DOQQUZ QILINCI VAR İDİ: Masur – ilk sahib olduğu qılınc idi. Atasından qalmışdır. əl-Abd, Zülfüqar – Bədr döyüşündə qənimətdən götrülmüşdür. əl-Kali, əl-Bəttar, əl-Hətf, əl-Rasub, əl-Mihzəm, əl-Kadib. YEDDİ ZİREHİ VAR İDİ: Zat əl-Fudul, Zat əl-Vişah, Zat əl-Havaşi, əl-Sağdiyə, Fiddə, əl-Bətra, əl-Hirnik. Uhud döyüşündə Peyğəmbər – sallallahu aleyhi və səlləm -in əynində iki zirehi var idi. ALTI YAYI VAR İDİ: əl-Zavra, əl-Kətum, əl-Sadad, əl-Safra, əl-Beyda. əl-Kətum Uhud döyüşündə qırılmışdır. əl-Zəluq və əl-Futak adlı iki qalxanı var idi. İKİ MİĞFƏRİ VAR İDİ: Miğfər – başa geyinilən zirehdir. Rəvayətdə gəlir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məkkənin fəthi günü başında Miğfər Məkkəyə girdi. Miğfəri başlarından çıxardıqları zaman başlarında qara rəngdə sarğı olardı1. Təbərani «Mucəm» İbn Abbas – radıyallahu anhu -dan rəvayət edir: «Peyğəmbər – sallallahu aleyhi və səlləm -in Zülfüqar adlı gümüşdən qılıncı, əl-Sədad adlı yayı, əl-Cəm adlı oxu, Zat əl-Fudul adlı zirehi, əl-Mucəz adlanan bir qalxanı, əl-Səkb adlanan bir atı, əl-Qasva adlanan dəvəsi, Yağfur adlanan bir eşşəyi, əl-Kinn adlanan bir çadırı, əl-Kumra adlanan ucu dəmirdən bir sopası, əl-Mevt adlanan bir əsası, əl-Ukab adlı sarı bayrağı, əl-Reyyan və Muğni adlı gümüş zəncir taxılmış iki bayrağı da var idi. Əs-Səkb adlı atını 400 yüz dirhəmə çöl ərəblərindən almışdı. Qara rəngdə idi.
əl-Murtəcəz qır rəngli idi. Xuzeymə b. Sabit -radıyallahu anhu – bu atın üzərində şəhid olmuşdur. əl-Luhayf, əl-Lizaz, əl-Zarib, əl-Vərd, Sabha bunlar da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in atları olmuşlar. Duldul adlı qatırı ona əl-Muqavkis hədiyyə etmişdir. Fidda adlı qatırı isə Fərva əl-Cuzami hədiyyə etmişdir və əlavə olaraq iki qatırı da var idi. Dəvələrindən əl-Qasva – Hudeybiyyə sülhündə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dəvəsi yerə çökdü və insanlar: «Hü! Hü!» deyə dəvəni yerindən tərpətməyə çalışdılar. Lakin dəvə çökdüyü yerdən qalxmadı və onlar: «Qasva2 inadkarlıq edib qalxmır!» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qasva inadkarlıq etməz! Bu onun adəti deyildir. Lakin (bir zamanlar Məkkəyə daxil olmaq istəyən) fili tutub saxlayan Allah indi də Qasvanı saxladı3. əl-Abda, əl-Cəda (ikisi də qulağı kəsik mənasındadır). əl-Abda yarışda keçilməz bir dəvə idi. Lakin bir çöl ərəbi yük dəvəsi ilə gəldi və onu keçdi. Səhabələr bundan üzüldülər. Peyğəmbər: «Allah dünyada ikən yüksələn bir şeyi mütləq bir gün alçaldar»4. Burnu gümüş halqadan olan Mehri cinsindən Əbu Cəhlin dəvəsini Peyğəmbər – sallallahu aleyhi və səlləm – Bədr döyüşündə qənimət olaraq götürmüşdü. Hudeybiyyə günü isə onu hədiyyə etdi5. Bundan başqa artmalarını istəmədiyi yüz qoyunu, yeddi dənə südü gec kəsilən keçisi vardır ki, bunları da Ummu Əymən otarırdı.
1Tirmizi «Şəmaili Şərif».
2Peyğəmbər – sallallahu aleyhi vəsəlləm -in dəvəsinin adı idi.
3Buxari 2731, Müslim 1783.
4Buxari.
5Əhməd 1/261, Əbu Davud 1849, Tirmizi 815, İbn Məcə 3076.
Hazırlayan:
Kamal Hüseyn
www.islamevi.az