PEYĞƏMBƏR (SAV)-İN XİDMƏTÇİLƏRİ İLƏ MÜNASİBƏTİ
Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz xidmətçiləri ilə gözəl rəftar edər və buyurardı: Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm -kölələrlə yaxşı rəftar etməyi tövsiyə edərək buyurdu: “Yediyinizdən onlara yedirdin, geyin-diyinizdən onlara geyindirin, qüdrətli və əzəmətli Allahın yaratdıqlarına əzab verməyin (Başqa rəvayətdə: Həqiqətən kölələriniz sizin qardaşlarınızdır! Allah onları sizin tabeçiliyinizə vermişdir. Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah onları gücləri çatmadığı bir işlə yükləsəniz, onda onlara kömək edin)” (Buxari «Ədəbul Mufrad» 188,189).
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah -sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizə köləsi yemək gətirdikdə onu da yeməyə dəvət etsin. Dəvəti qəbul etməsə ona öz əlindən yemək versin» (Buxari «Ədəbul Mufrad» 200). Miqdam b. Mədi – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Özün nə yesən sənin üçün sədəqədir. Övladına, zövcənə və xidmətçinə nə yedirtsən o, da (sənin üçün) sədəqədir» (Buxari «Ədəbul Mufrad» 195). Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm -ə on il xidmət etdim. Bir dəfə də olsun mənə uf demədi, üstümə qışqırmadı. Etdiyim bir işdən ötrü nə üçün onu etdin, etmədiyim bir işdən ötrü də nə üçün bu işi etmədin deyə demədi (Bağqa rəvayətdə: Əgər xanımlarından biri məni qınamış olsaydı ona: Onu buraxın. Çünkü nə təqdir edilmişsə o, da olur (Beyhəqi))» (Müslim). Bununla bərabər onu cəzalandırmadı, üstünə qışqırmadı əksinə onun üçün dua edər, kölnünü alar, onun və ailəsinin ehtiyaclarını qarşılayardı. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, anam: «Ey Allahın Rəsulu! Bu sənin xidmətçindir. Onun üçün dua et» dedi. Peyğəmbər: «Allahım ona çox mal və övlad ver və verdiklərini də ona bərəkətli et» (Buxari). Peyğəmbər – sallallahu aleyhi və səlləm – əlinin altında olan zövcələrini və xidmətçilərinə qarşı əsla sərt davranmamış və onları vurmamışdır. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – lazımsız bir şey söyləməz və etməzdi. Bazarda kimsə ilə münaqişə etməzdi, ona pislik edənə pisliklə qarşılıq verməz, bağışlayar və intiqam almazdı. Mübarək əli ilə heç kəsi döyməmişdi. Cihad istisna olmaqla, heç bir xidmətçisini və zövcəsini döyməmişdir (Başqa rəvayətdə: Yolundan azmış din mənsublarmı Allahdan başqa haqq ilah yoxdur demələri ilə doğrultmadıqca, onun vasitəsilə kor gözləri, kar qulaqları və qapalı qəlbləri açmadıqca Allah onun ruhunu almayacaqdır (Buxari))» (Tirmizi «Şəmaili Şərif»).