PEYĞƏMBƏR (SAV)-IN ZÖVCƏLƏRİ İLƏ MÜNASİBƏTİ
Peyğəmbər – sallallahu aleyhi və səlləm -in zövcələri ilə gözəl əxlaqına nümunə olaraq onun möminlərin anası Aişə – radıyallahu anhə -nin isminin son hərfini tələffüz etməyərək səsləməsidir: «Ey Aiş! Cəbrail sənə salam verir» deyə buyurdu1.
Bu ümmətin Peyğəmbəri! Əxlaq etibarı ilə hər bir kəsə nümunə olan kəs! Öz zövcələrini sevindirmək və onların sevgisini qazanmaq üçün nə edərdi? Aişə – radıyallahu anhə – rəvayət edir ki, mən heyz ikən qabdan su içər və qabı Peyğəmbər – sallallahu aleyhi və səlləm – verərdim. O, da ağzını mənim ağzımı qoyduğum yerə qoyar və qabdan içərdi. Sümüyün üzərində olan əti sıyırırdım. O, da sümüyü mənim əlimdən alır və ağzını mənim ağzımı qoyduğum yerə qoyar (beləcə əti sıyırardı)2. O, ər və arvad arasında olan münasibətlərin ən gözəl yollarını bizə öyrətdi. Günümüzdəkilər müasir ailə, avropa standartlarına uyğun ailə qurmaq istəyirlər. Subhənəllah! Onlara demək lazımdır ki, ən ali ailəni qurmağı Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə öyrətmişdir. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm -zövcələrini öpər sonra da dəstəmaz almadan namaza gedərdi»3. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir çox hallarda qadının nə qədər yüksək bir məqama sahib olmasını bildirmişdi. Amr b. əl-Ass – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm -dən ən sevdiyin insanın kim olduğu barəsində soruşdum?». O: «Aişə» deyə buyurdu. Həyatda evlilik səadətinə çatmaq istəyən bir kimsə möminlərin anası Aişə – radıyallahu anhə -nin rəvayət etdiyi hədis barəsində düşünsün: «Mən və Peyğəmbər eyni qabdan yaxalanardıq» dedi4. Bu ümmətin Peyğəmbəri zövcəsini sevindirmək və onu mübah olan hər bir yolla sevgisini qazanmaq üçün heç bir füsəti qaçırmazdı. Aişə – radıyallahu anhə – rəvayət edir ki, səfərlərin birində Peyğəmbər -sallallahu aleyhi və səlləm – ilə birlikdə çıxmışdım. O, zaman mən hələ gənc və cavan idim. Çox kök də deyildim. O, insanlara: «Siz irəli gedin» deyə buyurdu. Sonra mənə: «Gəl yarışaq» deyə buyurdu. Mən də onunla yarışdım və onu keçdim. Növbəti səfərlərin birində isə artıq mən kökəlmişdim. Bu səfər o, insanlara: «Siz irəli gedin» deyə buyurdu. Sonra mənə: «Gəl yarışaq» deyə buyurdu. Bu səfər o, məni keçdi və gülməyə başladı: «Bu əvvəlkinin əvəzidir» deyə buyurdu5.
Bu qədər çətinliklərə, sınaqlara, əziyyətlərə baxmayaraq öz əhli ilə necə də gözəl rəftar edirdi. Buna heyrət etməmək olmur! Peəyğəmbər – sallallahu aleyhi və səlləm – 11 xanımla evləndi. Onlar «Möminlərin anaları» adını aldılar. Vəfat etdikdə 9 xanımı həyatda idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – yaşlı, dul, gücsüz qadınlarla evləndi. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – səfərə çıxmaq istədiyi zaman xanımları arasında püşk atardı. Püşk hansına düşərdisə onunla səfərə çıxardı. O, xanımlarının hər birini bir gün və bir gecə ayırardı»6. O, xanımlarını ibadətə sövq edər və bu xüsusda onlara yardım edərdi. «Əhlinə namaz qılmağı əmr et, özün də ona səbrlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən bizik» (Ta ha 132).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə ibadətlərini etməyə və bu xüsusda bir-birilərinə yardımçı olmaqlarına çox təşviq etmişdi. O, qədər ki, xanım öz ərinin, ər də öz xanımının üzünə su səpəcək qədər: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah rəhm etsin o, kimsəyə ki, gecələr namaz qılmaq üçün durar və öz xanımını da oyadar. Əgər xanımı durmazsa onun üzünə su çiləyər. Allah rəhm etsin o, qadına ki, gecələr namaz qılmaq üçün ayağa durar və ərini də oyadar. Əgər əri durmazsa üzünə su çiləyər»7.
1Buxari, Müslim.
2Müslim.
3Əbu Davud, Tirmizi.
4Buxari.
5İmam Əhməd.
6Tirmizi.
7Əbu Davud
Hazırlayan:
Kamal Hüseyn
www.islamevi.az