Peyğəmbərimizin ﷺ yaşadığı dövrdə şəhid edilmiş bir çox can dostları və ailə (əhli-beyt) üzvlərindən olan fəzilətli insanlar olmuşdur. Ən böyük dəstəkçilərindən biri olan doğma əmisi Hz. Həmzəni xüsusilə qeyd edə bilərik. Fəzilətli Şəvval ayında şəhid edilmiş Hz. Həmzəyə qarşı düşmən tərəfindən xüsusi amansızlıq o həddə çatmışdı ki, öldürüldükdən sonra orqanları belə kəsildi, cansız bədəninə qarşı inanılmaz vəhşiliklər edildi. Peyğəmbərimiz ﷺ buna çox kədərləndi, qəlbi parçalandı və “sənin müsibətinə bənzəri bir daha mənim başıma gəlməyəcək” – deməklə, bu hadisənin Ona ﷺ ən çox ağır gələn hadisə olduğunu bildirmişdir. Yəni, Onun ﷺ üçün bu müsibətdən daha ağırı olmadı və olmayacaq.

 

Buna baxmayaraq, Allahın elçisi ﷺ həmin günü qara bayraqlar asmadı, mərsiyə oxumadı, sinə vurmadı və ya insanlara bu kimi tövsiyələr etmədi. Həmçinin qeyd etmək lazımdır ki, Hz. Muhəmməd ﷺ bu hadisədən sonra uzun illər yaşadı, lakin növbəti illərdə bu acı hadisənin il dönümlərini matəm mərasimlərilə qeyd etmədi, insanları bu münasibətlə məscidlərə yığmadı. Habelə, “oruc tutmaq bayram etməkdir” – deyərək, Şəvval orucunu tutmağı da dayandırmadı. Əksinə, səbr etdi, duaları və xeyirli əməllərlə həyatını davam etdirdi.

 

Çünki İslam bunu buyurmuşdur və əgər bu gün şahid olduğumuz fərqli rituallar Allah tərəfindən əmr olunsaydı, Peyğəmbər də mütləq həyata keçirər və bunu hər kəsə tövsiyə edərdi. Müsəlmanın üzərinə düşən vəzifə – baş vermiş hadisələrdən ibrət almaq və dini məsələlərdə Allahın elçisinin etdiklərini özünə örnək alaraq, etmədiklərindən uzaq durmağa çalışmaq olmalıdır.

 

 

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı
media-img_2491

(Ərəb:) اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، { سُبحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إلى رَبِّنَا لَمُنقَلِبُونَ } اللَّهُمَّ إنَّا نَسألُكَ فِي سَفَرِنَا هَذَا البِّرَ والتَّقوَى […]
Daha ətraflı