Puldan daha önəmli şeylər var.. (Üç cümləlik qısa sitat)
“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.” (Quran, 4/58)
Öz səltənətini düşünən sıravi bir kral kimi deyil, insanların ən doğru yol olan İslam’a dəvət olunması üçün çalışan VIII. Əməvi xəlifəsi Ömər b. Abdulaziz’in dövründə qeyri-müsəlman əhali, kütləvi şəkildə bu dini qəbul edirdilər. Bu səbəbdən dolayı bəzi valilərin, vergi gəlirlərinin azaldığına dair göndərdikləri ‘şikayət’ məktublarına: “Allah, Öz elçisi Muhəmməd’i, bir vergi məmuru olaraq deyil, hidayət çağırışçısı olaraq göndərmişdir..” – deyə cavab verərək, dünya sərxoşluğu içində boğulan insanlara, həyatda puldan daha önəmli şeylərin olduğunu xatırladan bu cür öndərlərə çox ehtiyacımız var..
Nəhəng bir imperiyanın sultanı olmasına baxmayaraq, sarayı tərk edərək – qapısı hər kəs üçün açıq olan adi bir evdə yaşayan, özü üçün gündəlik 2 dirhəm kimi ‘az’ belə deyə bilməyəcəyimiz bir “maaş” təyin edən, din-millət ayırımı etmədən, hər kəsin rəğbətini qazanan bir ədalət nizamı təsis edən və öncəki sultanlardan fərqli olaraq sərtlikdən tamamilə uzaq, mülayim bir siyasət yeritmiş, lakin dövründə tam bir hüzurun bərqərar olduğu bu dahi şəxsin ideyalarını oxuyaraq, yaxşıca analiz etməkdə hər birimiz üçün böyük faydalar olacaqdır..
Ayxan Yaquboğlu (islamevi.az)